Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qəbul imtahanlarının qiyməti iki dəfə bahalaşdı - SƏBƏB

Qəbul imtahanlarının qiyməti iki dəfə bahalaşdı - SƏBƏB

Qəbul imtahanlarının qiyməti iki dəfə bahalaşdı - SƏBƏB
2020-02-04 , 12:44

Azərbaycanda qəbul-sınaq imtahanlarının qiyməti bu il iki dəfə artırılaraq 40 manat olub. Abituriyentlər bundan sonra kağız daşıyıcılar vasitəsilə yalnız bir qəbul-sınaq imtahanında iştirak edəcəklər, digər sınaq imtahanları elektron formada olacaq.


Ötən il keçirilən sınaq imtahanlarında bir biletin qiyməti 20 manat olub.

Qiymət artımını Dövlət İmtahan Mərkəzinin (DİM) sözçüsü Xanlar Xanlarzadə "BBC News Azərbaycanca"-ya belə izah edib:

"Bu ilin fevralın 16-da təşkil olunacaq sınaqlara görə hər bir abituriyent yalnız bir bilet alacaq, çünki bu il buraxılış sınaq imtahanları olmayacaq. İxtisas qrupları üzrə təşkil olunmuş imtahanda iştirak haqqının iki dəfə artırılması ilə bağlı bütün xərclər nəzərə alındıqdan sonra belə qərar verilib".

Xanlar Xanlarzadə deyib ki, 2018-ci ildə kağız daşıyıcılar vasitəsilə 2 ayrı-ayrı sınaq imtahanı keçirilib və bir biletin qiyməti 20 manat olub. Onun sözlərinə görə, sınaq imtahanı üçün bundan əvvəlki qiymətin hazırda görülən işlərin həyata keçirilməsi üçün yetərli olmadığı aydınlaşdırılıb və bu qiymət təyin olunub.

X. Xanlarzadə onu da deyib ki, digər buraxılış və qəbul sınaq imtahanları elektron formada keçirləcək və bunun qiyməti də 3 manatdır.

Ali Məktəblərə qəbul imtahanının ikinci mərhələsində ikici dəfə (birinci iştirak pulsuzdur) iştirak etmək üçün ödəniş haqqı dəyişməyib. Yenə də qəbul imrahanında ikinci dəfə şansını yoxlamaq istəyən abituriyentlər 40 manat ödəməli olacaqlar.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşmir. DİM imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.