Tətil günləri ilə bağlı açıqlama - Təhsil müəssisələrində tədris yanvarın 7-də başlayır

Tətil günləri ilə bağlı açıqlama - Təhsil müəssisələrində tədris yanvarın 7-də başlayır Təhsil Nazirliyi Yeni il bayramında məktəblərdə tətil günləri ilə bağlı məlumat yayıb.[banner_yaziortasi]{banner_yaziortasi}[/banner_yaziortasi]
Məlumatda bildirilir ki, altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair xəbərlər əsassızdır. Nazirlikdən bir daha bildirirlər ki, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabrında iş, 2020-ci ilin 3 və 6 yanvarda isə istirahət günləri olacaq. Bu qərara müvafiq olaraq, bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.
Geri qayıt