“Belə müəllimin şagird qarşısına çıxması günahdır”

“Belə müəllimin şagird qarşısına çıxması günahdır” “İbtidai sözünü “p” ilə yazan müəllimin şagird qarşısına çıxması günahdır”.
Yenilik.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, sertifikasiya imtahanı müəllimlərin yüklənməsi deyil: “Müəllimlər 5 ildə 2 saat imtahan verir və imtahanın nəticəsinə uyğun olaraq biz onların maaşını 10 və ya 35 faiz artırırq. Hesab edirəm ki, bu, yüklənmə və ya ədalətsizlik deyil. Əksər müəllimlərin burada heç bir problemi olmayacaq. Bu, müəllim sözünü “məllim”, qrup sözünü “qurup” kimi yazanlarla bağlı ola bilər. Sertifikasiyanın mahiyyəti həm də müəllimin həvəsləndirilməsidir, məqsədimiz müəllimləri yormaq deyil”.

Geri qayıt