Qərbi Kaspi Universitetində "Avropa Həftəsi"

Qərbi Kaspi Universitetində "Avropa Həftəsi"
Qərbi Kaspi Universitetində 29 sentyabr-6 oktyabr tarixlərini əhatə edəcək "Avropa Həftəsi" keçiriləcək.
Həftə çərçivəsində Avstriya, Cənubi Afrika, Gürcüstan və Azərbaycandan olan alimlərin mühazirə və seminarları təşkil ediləcək. 
Avstriyalı professor Thomass Kruessmann, Cənubi Afrikalı professor Wonda Grobbelaar, Gürcüstanlı alim Ivanna Machitidze və Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxovun mühazirələrində əsasən Avropa ölkələri ilə Qafqaz regionunun əməkdaşlığı, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı, Xəzər, Qara dəniz və Avropa regionu əməkdaşlıq əlaqələri, risklər və perspketivlər nəzərdən keçiriləcək. 
Tədbirlər ictimaiyyət üçün açıqdır, arzu edən hər kəs iştirak edə bilər.
Geri qayıt