“Təhsil sistemimiz tərs qurulub” - Nazir

Nazir bildirib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür:
"Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır. Hansı rayonda ibtidai sinif müəllimlərinin bilik səviyyəsi ilə bağlı problem varsa, orada uşaqların da bilik səviyyəsi aşağıdır".