Vazeh Əsgərov rəhbərlik etdiyi universitetin tələbəsidir? - TƏKZİB ETDİ

Modern.az iddia ilə bağlı Vazeh Əsgərovla əlaqə saxlayıb.
O bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Belə bir şey yoxdur. Mən 14 il təhsil almışam, 4 il Azərbaycanda bakalavr pilləsində oxumuşam, 10 il isə xaricdə. Yayılanlar hamısı boş söhbətlərdir".
Qeyd edək ki, Vazeh Əsgərov 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-cı ildən UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.
O, 2023-cü il iyul ayının 13-də Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru təyin edilib və ona ADNSU-nun rektoru vəzifəsini icrası tapşırılıb.
Xatırladaq ki, ADNSU-nun əvvəlki rektoru Mustafa Babanlı 2023-cü ildə vəzifəsindən azad edilib və onun yerinə hələlik təyinat olmayıb.