Qərbi Kaspi Universitetində Əmək Yarmarkası keçirildi

Tədbirin əsas məqsədi tələbələrin peşə yönümünü dəstəkləmək, onları əmək bazarının tələbləri ilə tanış etmək və universitetlə iş dünyası arasında davamlı əməkdaşlığa zəmin yaratmaq idi. Yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və bir çox tələbə artıq ilkin işgüzar əlaqələr qurdu.
Bu cür tədbirlərin mütəmadi keçirilməsi Qərbi Kaspi Universitetinin gənclərin inkişafına və karyera quruculuğuna verdiyi önəmin bariz nümunəsidir.



















