Emin Əmrullayev:"Dərs bölgüsündə oğurluqla məşğul olurdular"

Həmin uşaqların ümumi təhsil müəssisəsində oxuması əslində qanunla qadağandır. Çünki məktəblərdə xüsusi proqramlar yoxdur. Sadəcə bəzilərində var. Ya da bəzən kənd yerlərində uşağın heç bir xüsusi proqram olmadan kənd məktəbinə gedib gəlməsi təmin edilir. Bu, öz-özlüyündə getməməyindən, təbii ki, daha yaxşıdır, amma biz buna inklüziv təhsil deyə bilmərik".
Nazir qeyd edib ki, bu problemdən xəbərimiz var. Lakin bunun üçün kadr hazırlığı, bu məsələni başa düşən mütəxəssislərin olması, fərdi təhsil proqramlarımızın olması vacibdir:
"Bizim evdə fərdi təhsillə məşğul olan məktəblərimiz var idi. İndi onları yavaş-yavaş bağlayırıq. Çünki ən çox korrupsiyaya uğramış məktəblər onlar idi. Çox sui-istifadə halları müşahidə olunurdu. 20 uşaq varsa, 20 sinif deməkdir və dərs saatlarının sayı 20 dəfə çoxdur. Dərs bölgüsündə sadəcə olaraq oğurluqla məşğul olurdular. Bunun qarşısını almaq üçün daha çox inklüziv siniflərə keçid etmək istəyirik.
Yeni yanaşmamız ondan ibarətdir ki, uşaq hansısa məktəbin ərazisində yaşayırsa, həmin məktəbin müəllimi evdə təhsil üçün gedə bilər. Onu ayırmağa ehtiyac yoxdur, çünki sonradan məktəbə qayıda bilər".