Etibar Əliyev: “Təhsil sahəsinə aidiyyatı olmayan şəxslərə yüksək vəzifələr verilir”

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Əliyev bildirib.
E.Əliyev qeyd edib ki, təhsilin idarə olunması bərbad vəziyyətdədir: “Orta məktəb təhsili repetitorlara təslim edilib. Məktəb direktorları məktəbə gəlir gətirən obyekt kimi baxırlar. Müəllim və alim nazir tərəfindən mütəmadi olaraq aşağılanır. Azərbaycanın əleyhinə olan qüvvələrə yaxınlığı ilə seçilən təşkilatın üzvlərinə milyonlara manat vəsat ayrılir. Təhsil sahəsinə heç bir aidiyyatı olmayan şəxslərə yüksək vəzifələr verilir”.