QKU tələbələri “2025-ci ilin uğurlu tələbəsi” layihəsi çərçivəsində təltif olunublar
Qərbi Kaspi Universitetinin tələbələri “2025-ci ilin uğurlu tələbəsi” layihəsi çərçivəsində universitetin ictimai, mədəni, idman və akademik həyatında göstərdikləri fəal iştiraka, eləcə də yüksək akademik göstəricilərə görə sertifikatlarla təltif olunublar.Təltif olunan tələbələr aşağıdakı nominasiyalar üzrə seçiliblər:
“Təhsildə uğurlu nəticələrinə görə” (Əlaçılar)
“İlin uğurlu layihəsində fəal iştirakına görə”
“Milli təfəkkürün, milli özünüdərkin və vahid milli-mənəvi dəyərlərin gənclər arasında ədəbi-musiqi vasitəsilə aşılanmasında fəaliyyətinə görə” (Xor kollektivinin üzvləri)
“Rəqs klubu layihələrində fəal iştirakına görə”
“İdman klubu layihələrində fəal iştirakına görə”
“QKU tədbirlərində aktiv könüllü fəaliyyətinə görə”
Ümumilikdə 200-ə yaxın tələbə sertifikatla təltif olunub.
Qərbi Kaspi Universitetinin tələbələri ilə qürur duyur və onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!




















