
Qərbi Kaspi Universitetinin Elmi Nəşrlər Mərkəzinin rəhbəri, Tarix kafedrasının müəllimi Dr. Ülvi Rəhimli Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) 2223-B Qrant Proqramı çərçivəsində dəstəklənən “4th International Students Social Sciences Congress” adlı beynəlxalq elmi konqresdə uğurla təmsil edib.
Dr. Ülvi Rəhimli konqres çərçivəsində sessiya sədri, elmi rəyçi və təşkilat komitəsinin üzvü kimi çıxış edərək tədbirin elmi və təşkilati proseslərinə töhfə verib.
Onun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər üç ayrı sertifikatla təsdiqlənib.
Qərbi Kaspi Universitetinin əməkdaşının beynəlxalq elmi tədbirdə təmsilçiliyi universitetin elmi uğurlarını bir daha nümayiş etdirir.


