Qərbi Kaspi Universitetində “Ədəbi biliklər viktorinası” keçirilib

Qərbi Kaspi Universitetində “Ədəbi biliklər viktorinası” keçirilib Qərbi Kaspi Universitetinin tələbələri arasında “Ədəbi biliklər viktorinası” təşkil olunub.
 Məqsəd tələbələrin Azərbaycan dili və ədəbiyyatı üzrə biliklərini yoxlamaq, ədəbi düşüncə tərzini inkişaf etdirmək və sağlam rəqabət mühiti yaratmaq olub.
Yarışma zamanı tələbələr ədəbi bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparıblar.
Sonda ən yüksək nəticə göstərən iştirakçılar arasından ilk üç yerin qalibləri təltif olunublar.
Viktorina Filologiya və Tərcümə Məktəbinin təşkilatçılığı ilə baş tutub. 









Geri qayıt