Müəllimlər üçün vahid geyim forması narazılıq yaratdı – Foto

Müəllimlər üçün vahid geyim forması narazılıq yaratdı – Foto Vahid geyim forması müəllimlər üçün ehtiyac duyulmayan bir islahatdır. Geyim üzrə ümumi qaydalar və tələblərin olması kifayətdir. Dünya üzrə əksər ölkələrdə müəllimlərə məcburi geyim forması (uniforma) tətbiq edilmir.
Tribuna.az xəbər verir ki, bu sözlərlə təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov çıxış edib. O bildirib ki, müəllimlərin sabit uniformaları olan ölkələr çox nadir hallarda rast gəlinən istisnalardır:
“Müəllimlə vahid forma geyindirən ölkələr Banqladeş, Myanmar. Kamboca, Laos. Vyetnam, Tailand, Filippin kimi ölkələrdir.
Ancaq əksər inkişaf etmiş ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Avstraliya, Yaponiya, Cənubi Koreya və s.) müəllimlərə heç bir məcburi uniforma yoxdur. Onlara sadəcə peşəkar və təmiz geyinmək tövsiyə olunur.
Müəllim uniforması olan ölkələr: əsasən Cənub-Şərqi Asiya regionunun inkişaf etməkdə olan ölkələridir. Burada məqsəd müəllim statusunu cəmiyyətdə vurğulamaq, onları digər peşə sahiblərindən fərqləndirmək və məktəbdə nizam-intizamı təmin etməkdir.
Bəzi ölkələrdə (məsələn, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər) müəllimlərə de-facto olaraq müəyyən geyim standartları var — məsələn, qadın müəllimlərə abaya/hicab, kişi müəllimlərə kandura tələb olunur, amma bunlar ümumi ictimai geyim normalarının bir hissəsidir, xüsusi “müəllim uniforması” deyil.
Türkiyə, Rusiya və MDB ölkələrində müəllimlərə məcburi uniforma tətbiq edilmir, lakin bəzi məktəblər öz daxili qaydalarına əsasən müəllimlərə müəyyən geyim normaları təyin edə bilər.
Deməli, dünya üzrə əksər ölkələrdə müəllimlərə məcburi uniforma yoxdur. Uniforma tətbiqi daha çox məhdud sayda inkişaf etməkdə olan ölkələrdə rast gəlinən istisna halıdır. Əksər ölkələrdə müəllimlərə sadəcə ümumi peşəkar geyim kodeksi (dress code) tövsiyə olunur”.
Qeyd edə ki, sosial şəbəkələrdə müəllimlər də uniformayla bağlı marazılıqlarını dilə gətirir, buna qarşı olduqlarını bildirirlər.




Geri qayıt