İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət olundu

Qonaq Azərbaycanda olmasından məmnunluğunu bildirib, Bakının gözəlliyinin onu heyran etdiyini deyib. Münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd edən Jelka Tsviyanoviç COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.