İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət olundu
“Bosniya və Herseqovina ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanlar mövcuddur”.
Qonaq Azərbaycanda olmasından məmnunluğunu bildirib, Bakının gözəlliyinin onu heyran etdiyini deyib. Münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd edən Jelka Tsviyanoviç COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.
OXŞAR XƏBƏRLƏR
Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb