Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu klinikada yoxlama aparıldı, cərimə edildi

Bu klinikada yoxlama aparıldı, cərimə edildi

Bu klinikada yoxlama aparıldı, cərimə edildi
2025-07-01 , 14:13

“Berlin Ailə və Uşaq Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində maliyyə sanksiyası tətbiq edilib.


Klinikada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti həyata keçirilib.

Nəticədə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında AKT-a əsasən “Berlin Ailə və Uşaq Klinikası” barəsində 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, Bakı Şəhəri Yasamal Rayonu, Şərifzadə, Ev 315c, M.Q/Y ünvanında yerləşən, nizamnamə kapitalı 3358469 manat olan klinikanın qanuni təmsilçisi Həsən Məmmədov Rizvan oğludur. /qaynarinfo

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.