Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Keçmiş həyat yoldaşını belə təbrik etdi - FOTO

Keçmiş həyat yoldaşını belə təbrik etdi - FOTO

Keçmiş həyat yoldaşını belə təbrik etdi - FOTO
2026-07-17 , 15:14

"Klon" serialı ilə tanınan braziliyalı aktrisa Covanna Antonelli keçmiş həyat yoldaşı və həmkarı Murilo Benisionu ad günü münasibətilə təbrik edib.
55 yaşı tamam olan aktyor üçün sənətçi sosial şəbəkə hesabında nadir arxiv fotosu paylaşıb. Şəkildə cütlük oğulları Pyetro ilə birlikdə yer alıb.
Antonelli paylaşımına yazdığı səmimi sözlərlə diqqət çəkib.
"Ad günün mübarək, Murilo. Mənə ən böyük sevgilərimdən birini – oğlumuzu bəxş etdiyin üçün təşəkkür edirəm. Həyatının yeni mərhələsindən zövq al" deyə, aktrisa bildirib.
Qeyd edək ki, Covanna Antonelli ilə Murilo Benisionun sevgisi "Klon" serialının çəkilişləri zamanı başlayıb. Cütlüyün 2005-ci ildə Pyetro adlı oğlu dünyaya gəlib. Lakin onlar övladlarının doğulmasından qısa müddət sonra ayrılıblar. (Axşam.az)



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.