İzmirdə 8 Mart münasibətilə Azərbaycan–Türkiyə qadın həmrəyliyi tədbiri keçirilib
İzmirdə 8 Mart – Dünya Qadınlar Günü münasibətilə bir sıra önəmli tədbirlər keçirildi. Türkiyədə yaşayan azərbaycanlı mədəniyyət elçisi, diaspor fəalı və sənətçi Roza İbadova Kocamaz Azərbaycanın və Türkiyənin qadınları və gəncləri ilə bir araya gələrək həm mədəni, həm də sosial həmrəylik nümayiş etdirdi.
"Cəsarətin Adı: Qadın – 103 İllik Qüdrət” Zirvəsi
İzmir Böyükşəhər Bələdiyyəsi, Batı Anadolu Sənayeçi və İş Adamları Dərnəkləri Federasiyası (BASİFED) və TOBB İzmir Qadın Sahibkarlar Şurası tərəfindən qadınların iqtisadi həyatda rolunu gücləndirmək və ilhamverici uğur hekayələrini önə çıxarmaq məqsədilə "Cəsarətin Adı: Qadın – 103 İllik Qüdrət” adlı zirvə təşkil olunub.
Tədbir iş dünyasının nümayəndələrini, qadın sahibkarları, akademikləri, sənətçiləri, media təmsilçilərini və gəncləri bir araya gətirdi. Zirvə çərçivəsində qadın sahibkarlığından liderliyə, süni intellekt və gender bərabərliyi mövzularından iş dünyasında və mediada qadının roluna qədər bir sıra mühüm məsələlər müzakirə olundu. İştirakçılarla həm ilhamverici hekayələr, həm də konkret həll yolları, uğurlu təcrübələr və əməkdaşlıq modelləri paylaşıldı.
Zirvədə İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Dr. Cemil Tugay, zirvənin ideya rəhbəri Öznur Tugay, BASİFED İdarə Heyətinin sədri Semiha Güneş, TOBB İzmir Qadın Sahibkarlar Şurasının sədri Deniz Celep, İzmir Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Dr. Zafer Levent Yıldır və baş katibin müavini Prof. Dr. Pınar Okyay iştirak ediblər. Zirvə iş dünyası, sahibkarlıq, sənət, media və qeyri-hökumət təşkilatları sahələrində tanınmış şəxslərin panel və çıxışları ilə davam edib.
Tədbirdə iştirak edən Roza İbadova Kocamaz qadınların cəmiyyətdə və iqtisadi həyatda güclənməsinin əhəmiyyətini vurğulayıb. O, qəzetimizə açıqlamasında bildirib:
"Belə zirvələr qadınların sosial və iqtisadi sahələrdə güclənməsi üçün çox önəmlidir. İzmirdə müxtəlif sahələrdən olan qadınların bir araya gəlməsi və təcrübələrini paylaşması ilhamverici həmrəylik nümunəsidir. ‘Bir millət, iki dövlət’ anlayışı ilə qardaş Azərbaycan xalqının nümayəndəsi kimi belə tədbirlərdə iştirak etmək bizim üçün böyük qürurdur.”
Azərbaycanlı xanımlar və gənclərlə xüsusi görüş
Roza İbadova Kocamaz 8 Mart münasibətilə İzmirdə yaşayan azərbaycanlı xanımlar və tələbələrin iştirakı ilə xüsusi tədbir də təşkil edib. Tədbir Cafe Delmattino-da keçirilib. Türkiyədə təhsil alan gənclər və xanımlar bir araya gələrək hər iki ölkədə sevilən mahnılar ifa edib, şeirlər səsləndirib və mədəni həmrəylik nümayiş etdiriblər.
Tədbirdə İzmir Azərbaycan Mədəniyyət və Dayanıqlıq Dərnəyinin prezidenti və Federasiyanın vitse-prezidenti Eşref Tuna da iştirak edərək qonaqlara çiçəklər və plaketlər təqdim edib. O, eyni zamanda Roza İbadova Kocamaza bu təşəbbüsə görə təşəkkürünü bildirib.
Manisa şəhərində təhsil alan tələbə Ali Polatzadə çıxışı ilə tədbirə xüsusi rəng qatıb. Gənclər və xanımlar proqramın müxtəlif hissələrinə coşqu ilə qoşulublar.
Tədbir Azərbaycan və Türkiyə arasında mədəni və sosial bağları gücləndirən, ilhamverici və yadda qalan bir gün kimi xatırlanıb.





















OXŞAR XƏBƏRLƏR

Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Laçında bayram ab-havası... - Video + Fotolar
Süni intellekt müəllimləri əvəz EDƏCƏK
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Bakıdakı Hərbi parad dünya mediasında - Fotolar
Azərbaycanla bağlı saxta xəbər kampaniyası - Türkiyə rəsmiləri niyə susur?
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55