Süni intellekt müəllimləri əvəz EDƏCƏK
Süni intellekt müəllimləri əvəz edəcək - Ekspert: "İndidən uyğunlaşmalıyıq"
AzTehsil.com- n əldə etdiyi məlumata görə Azərbaycanda süni intellektin təhsil sahəsinə hansı təsirləri gözlənilir... , mövzu ilə bağlı açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, həqiqətən, süni intellekt tədricən həyatımıza keçmiş olacaq.
"Bəlkə də yaxın 10 illikdə bir çox istiqamətlərdə, bir çox sahələrdə, bir çox peşələrdə süni intellektin aktiv istifadəsi öz həllini tapacaq. Mən hətta hesab edirəm ki, bir müddət sonra süni intellekt insanların bütün iş və bacarıqlarını əlindən alacaq, iş imkanlarını məhdudlaşdıracaq.
Bunu isə nə ilə qiymətləndirirəm? Baxın, hissə-hissə əvvəlcə mühasibatlıq sahəsi üzrə proqramlar hazırlandı və bu proqramlarda artıq bir düyməyə basmaqla elektron sistem özü idarə edərək, bütün məlumatları hazırlayıb qeyd etdi. Bu da müəyyən şirkət və dövlət qurumlarında işləyən mühasiblərin gördüyü işi bir neçə dəqiqədə həyata keçirdi. Burada artıq gələcəkdə mühasiblərin işlərində ixtisar olacağının siqnalları verildi.
Hətta dünya nəhənglərindən və tanınmış simalardan da bu haqda müəyyən informasiyalar sosial şəbəkələrdə yayımlanıb. Bunun digər növləri də mövcuddur. Məsələn, müşahidələrimə əsasən süni intellekt müəllimləri də əvəz edə biləcəyi yönündədir. Yəni bir müəllim sinifə girib tədris prosesini həyata keçirirsə və verilən bütün suallara cavab verirsə, bunu süni intellektlə də əvəz etmək mümkündür.
Süni intellektə bütün tədris planını qeyd etdikdə, həmin tədris proqramına əsasən suallar verib əlavə etdikdə bu proses rahatlıqla icra oluna bilər. Siz bilirsiniz ki, hazırda bəzi proqramlar mövcuddur ki, onlara hər hansı bir sualı verdikdə, istənilən suala uyğun olaraq cavabı rahat şəkildə telefonunuzda təqdim edir. Deməli, bu imkanlar varsa, süni intellektin getdikcə inkişafı daha çox sahələrdə özünü göstərəcək və bu, pedaqoji sahələrdən də yan keçməyəcək".
Ekspert hesab edir ki, gələcəkdə "zəif" və "güclü" müəllim anlayışı olmayacaq, "süni intellekt müəllimi" anlayışı olacaq:
"Belə müəllim həm tədris prosesini yüksək səviyyədə həyata keçirəcək, həm də şagirdin verdiyi suallara anında, operativ cavab verəcək. Bu da müəllim seçimində rəqabəti güclü şəkildə artıracaq. Ümumiyyətlə, gələcəkdə hər peşənin ən mükəmməli olmağa çalışmaq lazımdır. Müasir dövrün tələblərinə uyğun peşələr seçmək vacibdir. Hal-hazırda abituriyentlərin ixtisas seçmə müddəti yaxınlaşır. Abituriyentlərə tövsiyəm odur ki, gələcəyin tələblərinə uyğun ixtisasların seçilməsinə üstünlük versinlər.
Məsələn, kompüter yönümlü ixtisasların seçilməsi, eləcə də neft sektoru ilə bağlı azalmalar hiss olunmaqdadır. Lakin elektrik, elektronika ilə bağlı tələbat artıb, gələcəkdə daha da genişlənəcək. Elektrik və elektronika yönümlü ixtisaslara müraciət etmək daha məqsədəuyğundur".
R.Nurəliyev təklif edir ki, orta ümumtəhsil müəssisələrində süni intellektə uyğun dərslər keçirilsin.
"Qoy uşaqlarımız da süni intellektin hazırlanması istiqamətində müəyyən bilik və bacarıqlara yiyələnsinlər. Əgər yaxın 10 ildə dövr tamamilə süni intellektə keçəcək və ya ona adaptasiya olacaqsa, biz buna 10 il sonra deyil, indidən uyğunlaşmalıyıq. Ona görə də süni intellekt dərslərinin tədris olunması mütləq və vacibdir. Eləcə də ali təhsil müəssisələrində süni intellektlə bağlı ixtisasların artırılması və bu sahədə bacarıqların aşılanması zəruridir. Düşünürəm ki, süni intellekt ayrıca bir dərs olaraq ibtidai sinifdən sonra uşaqlara keçirilməlidir.
Bizdə hazırda süni intellektin tədrisində çatışmazlıq var. Çünki bizdə belə bir yanaşma mövcuddur: dünya bir işə başlayır, biz isə o işi yekunlaşdırdıqdan sonra başlamağa çalışırıq. Ona görə də süni intellektin tədrisi vacibdir. Bu işi 10 il sonraya saxlamamalıyıq. 10 il sonra artıq ona ayaq uydurmalıyıq.
Məhz buna görə də ümumtəhsil müəssisələrində bu, dərs kimi keçirilməli, ali təhsil müəssisələrində isə ixtisas kimi təşkil olunmalıdır. Bizdə əsas narahatlıq odur ki, hazır olan süni intellekt proqramlarından istifadə etməyi xoşlayırıq, amma özümüz hazırlama istiqamətində addımlar atmırıq.
Deyərdim ki, süni intellektlə bağlı xüsusi kurslar fəaliyyət göstərməlidir. Xüsusi hazırlıq mərkəzləri olmalıdır ki, zamanın tələbi ilə uyğunlaşa bilək. Ümumiyyətlə, Elm və Təhsil Nazirliyi, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə müsabiqə təşkil etməli, bu istiqamətdə mükafatlar təqdim etməlidirlər. Belə müsabiqələrin keçirilməsi gənclərdə süni intellektə marağı artıracaq", - deyə Ramin Nurəliyev bildirdi.
OXŞAR XƏBƏRLƏR

Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55