Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət

Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət

Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət
2026-07-16 , 08:53

Bakı-Quba yolu, Hacı Zeynalabdin qəsəbəsindən Sumqayıt şəhərinə gedən yolda yerləşən "Sumqayıtçay" körpüsündə təhlükəli vəziyyət yaranıb.

Sumqayit24.az-a müraciət edən sürücünün sözlərinə görə, son vaxtlar yağan intensiv yağışlardan sonra asfalt örtüyü dalğavari forma alıb.

Şikayətçi bildirib ki, həmin hissədən keçən avtomobillər yolun deformasiyası səbəbindən silkələnir və idarəetməni saxlamaq çətinləşir:

"Avtomobillər bu hissədən keçərkən sanki havaya qalxır. Təcrübəsiz sürücülər idarəetməni itirərək qəza törədə bilərlər. Sizə göndərdiyimiz videogörüntülərdən birində də həmin ərazidə baş vermiş yol-nəqliyyat hadisəsi əks olunub". 

Sürücü aidiyyəti qurumlardan gec olmadan körpüdə yaranan problemin araşdırılmasını və yolun təhlükəsiz vəziyyətə gətirilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.