Sumqayıtda 2025-ci ilin yekunları müzakirə olundu
Sumqayıt şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
“Kimyaçı” mədəniyyət sarayında keçirilən hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, Milli Məclisin deputatları Hicran Hüseynova, Tahir Mirkişili, Mehriban Vəliyeva, Elnarə Akimova, Zaur Şükürov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına həsr edilən film nümayiş etdirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hesabat məruzəsində bildirib ki, qürur və iftixar hissi ilə başa vurduğumuz “Konstitusiya və Suverenlik ili” olan 2025-ci il ölkəmiz, xalqımız və şəhərimiz üçün bol uğurlarla yadda qalıb. 2025-ci il Azərbaycanın müasir tarixində artıq müharibədən sonra yalnız bərpa mərhələsi kimi deyil, şanlı Zəfərimizin tam legitimləşdirildiyi, suverenliyin beynəlxalq miqyasda möhkəmləndiyi və dövlətimizin yeni güc mərhələsinə keçdiyi il kimi dəyərləndirilir.
Vurğulanıb ki, son illərdə Sumqayıtın davamlı inkişafı sahəsində atılan addımlar Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının tərkib hissəsi olmaqla şəhər üzrə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmış, bütün bunlar öz növbəsində Sumqayıtın əsas sosial-iqtisadi göstəricilərinin ilbəil artan dinamika ilə inkişafına imkan vermişdir.
Ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də böyük abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye komplekslərinin formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılmış və bu məqsədə nail olunmuşdur. Sumqayıt sürətlə inkişaf edərək regionun ikinci böyük sənaye mərkəzinə çevrilmişdir. Hazırda şəhərdə onlarla kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materiallarının istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri nəinki Sumqayıt şəhərində, eləcə də Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir. Sumqayıt sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər, respublikada gedən inkişaf prosesinə layiqli töhfələrini verir. Bu müəssisələrin yaradılması həm də son illərdə Sumqayıtda əhalinin məşğulluğuna əhəmiyyətli dərəcədə təsir edir.
Qeyd olunub ki, dövlətin sənaye siyasəti, özəl sektorun təşəbbüsləri və investisiya axını şəhərdə yeni müəssisələrin açılmasına şərait yaradıb. Sumqayıt Kimya Sənaye Parkının imkanları, sahibkarlara verilən güzəştlər və ixrac potensialının artması bu sahədə əsas rol oynayıb. Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan çox olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan artıq 28-i fəaliyyət göstərir.
Hesabat məruzəsində bildirilib ki, bu gün Sumqayıt Cənubi Qafqazın ikinci ən iri Sənaye Mərkəzi kimi tanınsa da, biz onun nailiyyətlərini təkcə sənaye şəhəri kimi yox, eyni zamanda elm, təhsil, səhiyyə, mədəniyyət, şəhər təsərrüfatı və digər sahələrdə əldə etdiyi uğurlarda görürük.
Şəhər İcra Hakimiyyətinin başçısı hesabat dövrü ərzində görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr və mövcud problemlərə də toxunub. Vurğulanıb ki, cari ildə şəhərin sosial-iqtisadi inkişafı daha da sürətləndirilməli, yeni istehsal sahələri yaradılmalı, iş yerləri açılmalı, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması, əhalinin kommunal xidmətlərinə olan tələbatının ödənilməsi, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və baş plana uyğun olaraq şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci, 20-ci və 21-ci məhəllələrdə eyni ilə İnşaatçılar və Kotec qəsəbə ərazilərində istismar müddəti başa çatmış, yararsız yaşayış binalarının və qəzalı yataqxanaların sökülməsi və orada yaşayan sakinlərin yeni təmirli mənzil sahəsi ilə təmin olunması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində 2025-ci ildə ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu, genişmiqyaslı quruculuq işlərinin aparıldığını, sosial-iqtisadi inkişafın və əhalinin sosial rifahının yüksəldiyini vurğulayıb. O, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin daha da möhkəmləndiyini qeyd edərək, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji islahatlar, qarşıda duran yeni hədəflər və şəhərin gələcək fəaliyyətinə dair prioritet istiqamətlər barədə ətraflı məlumat verib.
Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2025-ci ildə Sumqayıt şəhərində də bütün əsas sahələr üzrə müsbət inkişaf dinamikası qorunub saxlanılıb. İl ərzində şəhərin iqtisadi göstəriciləri artıb, sənaye və qeyri-neft sektoru inkişaf etdirilib, yeni istehsal sahələri yaradılıb, əhalinin məşğulluğunun təmin olunması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda sosial infrastrukturun yenilənməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəhər təsərrüfatının müasir tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, görülən işlər Sumqayıtın dayanıqlı inkişafının təmin edilməsinə və şəhər sakinlərinin rifahının yüksəldilməsinə xidmət edir.
Saha sonra Sumqayıt şəhər prokuroru Mürvət Həsənov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Millət vəkili Elnarə Akimova və digər şəxslər hesabat yığıncağında məruzələrlə çıxışlar ediblər. Çıxışlarda 2025-ci ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.
Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib, müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.














































Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTO - YENİLƏNİB
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55