Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Ayı Xocalıda evin həyətinə girdi  - VİDEO

Ayı Xocalıda evin həyətinə girdi  - VİDEO

Ayı Xocalıda evin həyətinə girdi  - VİDEO
2026-07-16 , 09:12

Xocalıda yaşayış evinin həyətinə gecə ayı girib.

Yenilik.az xəbər verir ki, hadisə Badara kəndində qeydə alınıb.
Vəhşi heyvan kənd sakini Elgün Piriyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub. Ayı həyətə girən kimi əl-üz yuyulan yerə yaxınlaşıb, it üçün qoyulmuş yemi yeyib, üstündən də su içərək geri qayıdıb. 
Ev sahibinin lentə aldığı videodan ayının bir ayağının olmadığı da görünür.
Kənd sakinləri heyvanın minaya düşərək xəsarət aldığını ehtimal edirlər.

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.