Ayı Xocalıda evin həyətinə girdi - VİDEO
Xocalıda yaşayış evinin həyətinə gecə ayı girib.Vəhşi heyvan kənd sakini Elgün Piriyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub. Ayı həyətə girən kimi əl-üz yuyulan yerə yaxınlaşıb, it üçün qoyulmuş yemi yeyib, üstündən də su içərək geri qayıdıb.
Ev sahibinin lentə aldığı videodan ayının bir ayağının olmadığı da görünür.
Kənd sakinləri heyvanın minaya düşərək xəsarət aldığını ehtimal edirlər.
