Dövlətin “Şuşa dili”
Gözlər yenə də Şuşadadır. Əsası qoyulandan bu günə kimi, hər zaman fərqli məsələlərlə bağlı diqqət mərkəzində olan bu əsrarəngiz şəhər artıq ənənəyə çevrilən “Şuşa Qlobal Media Forumu”na növbəti, dördüncü dəfə ev sahibliyi edir. Zəfər savaşımızın şanlı qələbə ilə bitməsindən sonra əsası qoyulan bu tədbir öz əhəmiyyəti ilə nəyinki regionda, hətta dünyada belə seçilən tədbirlərdən biridir. Statistik məlumatlarda deyilir ki, bu ilki forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Hətta gələn xəbərlərdən məlum olur ki, gələn qonaqların çoxluğundan Şuşadakı otellər bəs etmədiyi üçün, qonaqların bir qismi Xankəndi şəhərində yerləşdirilib.
Bir neçə gün əvvəldən növbəti forum haqda məlumatlar verilməyə başlayanda, istər-istəməz yaxın tarixə ekskurs edib, forumun yaranma səbəblərini və önəmini düşündüm. Bu yöndə düşünərkən, şübhəsiz ki, ilk xatırlanan 44 günlük Zəfər Savaşımız olur. Hansı ki, Azərbaycan xalq olaraq işğal olunmuş ərazilərdə, dövlət olaraq isə bir neçə meydanda döyüşürdü. Azərbaycanın igid oğulları canlarını vətən torpağına qatıb, doğma torpaqlarımızı qarış-qarış işğaldan azad etdiyi günlərdə, hərb meydanından heç də fərqlənməyən başqa bir meydan vardı- diplomatiya meydanı. Cəbhədə döyüşlərin, qapalı qapılar arxasında diplomatik görüşlərin keçirildiyi, çətin qərarların verildiyi bu günlərdə bir üçüncü meydanda isə Dövlət Başçısı təkcə dünya media qurumlarının nümayəndələri ilə “döyüşür”, hər gün ən azı bir ölkənin “təpədən dırnağa silahlanıb gəlmiş” jurnalistinə, həm də bütün dünyanın gözünün içinə həqiqətləri çatdırırdı. Bəzən rus, bəzən ingilis, bəzən türk dilində verilən suallara eyni dilləri istifadə edərək cavab verən dövlət başçımız, Azərbaycan Dövlətinin artıq “hər kəslə öz dilində” danışmağı bacardığını əyani göstərirdi.
Bu hərtərəfli savaşın nəticəsində Azərbaycan oğullarının canı və qanı bahasına torpaqlarımızda aparılan müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Artıq silahlar susmuş, düşmən kapituliyasıya aktını imzalamağa məcbur olmuşdu. Amma bu o demək deyildi ki, diplomatik və mediatik savaşlar da bitmiş sayıla bilər. Əksinə, bu sahələrdə “savaş” hələ təzə başlayırdı. Bundan sonra tarixi torpaqlarımıza yağı düşmən tərəfindən illərlə vurulan zərəri, vətənimizin üzərində aparılmış vandallıq aktlarını bütün dünyaya uğurla çatdırmaq, torpağın əsl sahibinin bundan sonrakı qayıdış və quruculuq işlərini beynəlxalq ictimaiyyətə göstərmək lazım idi. Və bir də, ən əsası gündən günə güclənən və regionda artıq söz sahibi olan, “orta səviyyəli güc”ə çevrilən bir dövlətin həm regiona, həm dünyaya verəcəyi mesajları elə məhz öz torpağından, ölkənin ən strateji şəhəri olan Şuşadan çatdırmaq ən doğrusu idi. Belə bir zamanda beynəlxalq media forumu ideyası yarandı və uğurla davam etdirilən bu layihənin sayəsində artıq dörd ildir ki, Azərbaycan dövləti dünya ilə “Şuşa dilində” danışır.
İldən ilə beynəlxalq aləmdə yerini möhkəmlədən Azərbaycan Dövlətinin sözünün çəkisi də artır. Və əgər bir neçə il əvvəl belə bir forum daha çox bizə lazım idisə, indi fərqli ölkələrdən gələn jurnalistlər dünyada gedən proseslərlə bağlı Azərbaycanın mövqeyini, dövlət başçısının fikrini öyrənmək üçün buradadır. İndi çoxlarının bizim sözümüzə, mövqeyimizə ehtiyacı var. Necə ki, bir neçə gün əvvəl nəyinki bölgədə, hətta dünyada sayılı güclərdən sayılan iki ölkə İsrayil və Türkiyə arasında baş verə biləcək qalmaqal və real münaqişə azərbaycanın mövqeyi və sözü ilə dayandırıldı. İsrail höküməti “erməni soyqırımı” məsələsində dərinə getməməyə və bu məsələ ilə bağlı aparılan işləri dayandırmağa razılaşdı.
Azərbaycan Prezidentinin iştirakı ilə “IV Şuşa Qlobal Media Forumu” məhz belə bir tarixi zaman kəsiyində, bu gün öz işinə başladı. Dövlət başçısının təqribən 3 saata yaxın dünyanın bütün ölkələrindən gəlmiş media nümayəndlərinin suallarına verdiyi cavablar bizi yenidən o günlərə, 44 günlük Zəfər Savaşına apardı. Qonaqları salamlayan dövlət başçısı, “Şuşa Forumu”nun daha bir önəmindən danışdı. Diqqəti işğaldan azad olunmuş ərazilərdə, konkret olaraq Şuşa şəhərində aparılan tikinti-quruculuq işlərinə çəkən Prezident qonaqları bu dəyişikliləri öz gözləri ilə görməyə dəvət etdi.
Dövlət başçısı kifayət qədər geniş müddət ərzində içində incə məqamların da olduğu, dünya gündəmini məşğul edən bir çox məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyini bildirdi və çox önəmli mesajlar verdi. Bunlardan ən gözləniləni isə, əlbəttə ki, “Avropa Parlamenti” ilə münasibətlər idi. Çıxışının əvvəlində regionda münasibətlər, qonşularla heç bir problemin olmaması, əksinə bütün qonşu dövlətlərlə sıx əməkdaşlıq və mehribanlıq zəminində yaşadığımızı vurğulayan dövlət başçısı, bütün arqumentlərlə problemin Avropa Şurasından qaynaqlandığını açıb göstərdi. Necə ki, məşhur “907-ci maddə” ilə bağlı sualı cavablandırarkən, problemin keçmiş prezident Biden başda olmaqla ermənipərəst senatorlardan qaynaqlandığını çox açıq dedi, eləcə də Avropa Parlamentini ikili standartlarla fəaliyyət göstərdiyini ortaya qoydu. Bununla bağlı konkret fakt da səsləndirən dövlət başçısı, Fransanın müstəmləkə altına saxladığı ölkələrlə bağlı məsələnin hansısa dövlətin daxili işinə qarışmaq yox, insan haqqları ilə bağlı məsələ olduğunu, lakin bu haqda müzakirələr aparan “Bakı Təşəbbüs Qrupu”nun Fransanın daxili işlərinə qarışmaqda ittiham olunduğunu dilə gətirdi. “Zənnimcə, bu, müstəqil medianın çox mühüm missiyasıdır”-deyə davam edən dövlət başçımız dünya mediasını bu kimi məsələlərə daha həssas yanaşmağa çağırdı. Bütün bu açıqlananların fonunda təbii ki, ortaya haqlı olaraq “belə bir təşkilatda qalmağa dəyərmi?” sualı çıxır...
Rusiya -Ukrayna müharibəsi ilə bağlı da hər zamankı ədalətli mövqeyimizdə olduğumuzu bir daha xatırladan dövlət başçısı, konkret mesaj verdi : “Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir.”
Əlbəttə, hər il olduğu kimi, bu ilki forum da tək Azərbaycanda yox, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da günlərlə müzakirə olunacaq, suallar və cavablar geniş təhli olunacaq. Bir vətəndaş kimi, mənə daha çox maraqlı olan öz ölkəmin bu günkü duruşu, dünyadakı yeridir. Və bu gün bu yer o qədər önəmlidir ki, Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərindəki forumda, Azərbaycanın dövlət başçısından argentinalı jurnalist öz ölkəsi ilə Böyük Britaniya arasında olan “Folklend adaları məsələsinə” münasibəti soruşur. Bu məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyi minlərlə kilometr aralıdakı Argentina üçün maraq kəsb edir. Bu mövqe məhz belədir:
“Əsas məsələ hər bir ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan bu prinsipin qətiyyətli tərəfdarıdır. Bu mövqe, təbii ki, ölkəmizin ərazi bütövlüyünün vaxtilə pozulması ilə bağlı formalaşıb. Lakin biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra da bu mövqedən geri çəkilmədik. Biz heç vaxt bu məsələyə siyasi üstünlüklər və ya ayrı-ayrı ölkələrlə münasibətlər prizmasından yanaşmamışıq. Biz onu ədalət və beynəlxalq hüquq baxımından qiymətləndiririk. Mənim mesajım da budur: Öz hüquqlarınızı və suverenliyinizi qoruyun. Bu, ötən il ukraynalı dostlarımıza ünvanladığım mesajın mahiyyətcə eynisidir”.
Yuxarıda da qeyd etdiyim kimi, biz dünya ilə haqqın və ilahi ədalətin bariz nümunəsi olan, şirin və səmimi ŞUŞA dilində danışırıq. İndi bizi bütün dünya bu dildə dinləyir, sözümüzü eşidir!
Yaşasın Azərbaycan Dövləti!

Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platformas
Şuşadan dünyaya uzanan media dialoqu: qlobal trendləri qabaqlayan strateji baxış
İlham Əliyev müşavirə keçirdi
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
Prezidentin WUF13-dəki çıxışı - Video - Fotolar
Bakıda Zəfər muzeyinin açılışı oldu – FOTOLAR
Şuşada IV Qlobal Media Forumu keçiriləcək
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib
13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
Dünya mediası Şuşadadır - “Forum Azərbaycanın həqiqətlərini dünyaya çatdıran ən mühüm platformadır”
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
"İki həftədir su yoxdur" - Ceyhun şikayətləndi 2026-07-13 , 23:53
Dövlət İmtahan Mərkəzindən VACİB AÇIQLAMA 2026-07-13 , 23:51
Yediyimiz göyərtilər kanalizasiya suları ilə yetişdirilir? – Şok iddialar 2026-07-13 , 23:50
Hörmüz boğazında gərgin vəziyyət: HHM-lər işə salındı 2026-07-13 , 23:49
Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı 2026-07-13 , 23:48
Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci bir şəxs... 2026-07-13 , 23:47
Trampdan təklif: Bacısı əvəzləsin 2026-07-13 , 23:46
Makron ordunu müharibəyə hazırlaşmağa çağırdı 2026-07-13 , 23:44
Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı - VİDEO 2026-07-13 , 23:43
İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO
Hava ilə bağlı xəbərdarlıq - leysan olacaq, dolu düşəcək 2026-07-13 , 23:41
Qəbul imtahanına buraxılmayan gənc itkin düşdü 2026-07-13 , 23:38
“D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir” – Hikmət Hacıyev 2026-07-13 , 23:34
“10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram” 2026-07-13 , 23:33
“Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video 2026-07-13 , 23:31
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir 2026-07-13 , 23:30
Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə - VİDEO 2026-07-13 , 23:22
“BakuBus”da dava düşdü: Biri "yandır" dedi, o biri "söndür" - VİDEO 2026-07-13 , 23:20
Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir 2026-07-13 , 23:18
Prezident jurnalisti görüb avtomobildən düşdü - Video 2026-07-13 , 23:18
Nəsrindən həyat yoldaşı ilə...- Fotolar 2026-07-13 , 23:15
Kim Çen Inın ölkəsində maaş Rusiyadakından 3 dəfə yüksəkdir? – Merdən etiraf 2026-07-13 , 23:14
Sarkozi Fransanı məhkəməyə verdi 2026-07-13 , 23:13
"Rosko" kolbasaları ilə bağlı MÜƏMMA - Açıq reyestr və AQTA sənədlərində nə yazılıb? 2026-07-13 , 23:08
“Hər yoldan keçən jurnalistika ilə məşğul olmamalıdır” - Mirşahin Ağayev 2026-07-13 , 23:07
Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır 2026-07-13 , 23:06
3 mindən çox müəllim yeni fənlər üzrə sertifikatlaşdırmada keçid balını toplaya bilməyib 2026-07-13 , 23:05
Əkrəm Həsənov: “Sosial şəbəkələrdə kart hesabını paylaşaraq yardım toplayanlar vəsaitə görə vergi ödəməlidirlər” 2026-07-13 , 23:04
"1900 manat ödəmişəm, aylardır dişsizəm" - ŞİKAYƏT 2026-07-13 , 23:03
"İstanbul və evim üçün darıxmışam" — Günel 2026-07-13 , 23:02
"Caspian International Hospital"da pozuntu aşkarlandı-vaxtı keçmiş dərmanlar və s... 2026-07-13 , 20:29
“Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım” 2026-07-13 , 15:17
Prezidentin hesablarında Forumdan video paylaşıldı 2026-07-13 , 15:16
Xanım jurnalistin sözləri Prezidenti güldürdü - VİDEO 2026-07-13 , 15:14
"Evləndiyim günün səhəri polis gəlib kişini apardı" 2026-07-13 , 15:13
İsa Həbibbəyli yola salınır? – Onun yerinə bu şəxslərdən biri gələcək 2026-07-13 , 15:11
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” 2026-07-13 , 15:09
Deputatdan Mirşahinin “hamam”, “diş yuma” və “tərbiyəsizlik” ittihamına cavab 2026-07-13 , 15:08
İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub 2026-07-13 , 15:05
"Haber Global"ın Şuşadakı forumdan reportajı - VİDEO 2026-07-13 , 15:04
Valideynlərin DİQQƏTİNƏ: Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI 2026-07-13 , 15:03
"Haber Global": İlham Əliyev Şuşada Türkiyə ilə münasibətlərdən danışdı - VİDEO 2026-07-13 , 15:02
İlham Əliyevdən media nümayəndələrinə dostyana jest - VİDEO 2026-07-13 , 14:59
Belə avtomobillə heç yerə getmərəm - Prezident 2026-07-13 , 12:56
O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı 2026-07-13 , 12:53
İlham Əliyev: “Sakit həyat olmayacaq, heç kim buna ümid etməsin” 2026-07-13 , 12:51