Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub
2026-07-13 , 15:05

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı BMT-də islahatlar məsələsinə toxunub.

 Yenilik.az xəbər verir ki, Azərbaycanın bu məsələ ilə bağlı öz rolunun olduğunu bildirən dövlətimizin başçısı deyib:
 
"Qoşulmama Hərəkatının sədri olaraq biz islahatlarla bağlı öz versiyamızı təklif etdik. Çünki bu, əhatəli olmalıdır və təmsilçilik səviyyəsində, lazımi səviyyədə olmalıdır. Təklifimiz ondan ibarətdir ki, rotasiya şəklində bir daimi yer Qoşulmama Hərəkatının sədrinə verilməlidir və onun veto hüququ olmalıdır. Digər yer İslam Əməkdaşlıq Təşkilatına ayrılmalıdır. Çünki orada müsəlman ölkələri də təmsil olunmur. O da rotasiya ilə olmalıdır. Daha bir yer isə Afrika İttifaqına ayrılmalıdırlar. Afrika İttifaqının həmin dönəmdəki sədri orada təmsil olunmalıdır. Bu, ədalətli yanaşma olardı Təhlükəsizlik Şurasında".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.