BMT tribunasından dünyaya çağırış - Azərbaycanın sülh mesajları diqqət çəkdi
Prezident İlham Əliyevin BMT Baş Assambleyasında qalib dövlətin lideri olaraq çıxışı həm iştirakçılar, həm də dünya mediasının marağına səbəb oldu. Dünyanın ən ali tribunasından beynəlxalq aləmə ünvanlanan Azərbaycanın sülh mesajları diqqət çəkdi.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Qarşı tərəfin istəyi ilə reallaşan ikitərəfli görüşlər
Prezident İlham Əliyev Baş Məclis çərçivəsində bir çox hökumət, dövlət başçıları, o cümlədən Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri ilə görüşdü. Bundan əlavə, İlham Əliyevin BMT-nin Baş katibi Antonio Quterreş və Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşləri baş tutdu. İlham Əliyev beynəlxalq şirkətlərin, o cümlədən ABŞ-nin böyük investisiya şirkətlərinin rəhbərləri ilə səmərəli müzakirələr apardı. Üstəlik, bütün görüşlər qarşı tərəflərin təşəbbüsləri ilə baş tutdu və bu, onu deməyə əsas yaradır ki, İlham Əliyev qlobal, regional əməkdaşlıq modelində etibarlı tərəfdaş nümunəsi kimi çıxış edir. Deməli, İlham Əliyevlə müzakirələr təkcə diplomatik protokolun tələblərindən irəli gəlməyib. Eyni zamanda, Cənubi Qafqazda Azərbaycanın güc mərkəzi, sülh və təhlükəsizliyin təşəbbüskarı kimi mövqeyini qəbul edən reallıqların indikatorudur. Azərbaycan paralel olaraq Avropa, Yaxın Şərq regionlarında da etibarlı aktordur.

Tramp-Əliyev dialoqu, maraqlı məqamlar
Avqust ayında Vaşinqtonda həm sülh prosesi, həm də Bakı-Vaşinqton münasibətlərinin inkişafına dair əldə olunan tarixi razılaşmaların əhəmiyyəti özünü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirakı zamanı bir daha büruzə verdi. ABŞ Azərbaycanın əhəmiyyətli beynəlxalq transformasiyalardakı rolunu dərk edərək İlham Əliyevlə ortaq imperativlərin yaradılmasını Qafqaz siyasətində üstün prioritet hesab edir.

Qəbulda Donald Trampın İlham Əliyevlə dialoqu, vurğulanan məqamlar, hər iki liderin bir-birinə münasibətdə dərin hörmət və səmimi münasibət sərgiləməsi diqqət çəkdi. ABŞ lideri Azərbaycan Prezidentinin Ermənistanla müharibəyə son qoyan strategiya və təşəbbüslərinə güclü şəkildə dəstəyini siyasi-diplomatik üslubda nümayiş etdirdi. Bu, həm də Vaşinqtonun Azərbaycana münasibətdə yeni strategiyasının hansı konturlar çərçivəsində reallaşacağının təsbiti idi. Bakı ilə Vaşinqton həm sülh gündəmindən, həm də strateji əməkdaşlıqdan irəli gələn vəzifə və məsuliyyətin icrası təşəbbüslərini davam etdirəcək.

Vaşinqton sammitinə edilən vurğu
Prezident İlham Əliyevin BMT Baş Assambleyasında qalib dövlətin lideri olaraq çıxışı həm iştirakçılar, həm də dünya mediasının böyük diqqət və marağına səbəb oldu. Dünyanın ən ali tribunasından beynəlxalq aləmə ünvanlanan sülh mesajları diqqət çəkdi. Bu məsələdə ABŞ Prezidenti Donald Trampın birbaşa səylərinin tarixi əhəmiyyət daşıması xüsusi qeyd olundu.
Prezident İlham Əliyevin çıxışı zamanı Vaşinqton sammitinə vurğu etməsi, əldə edilən razılaşmalar çərçivəsində səsləndirdiyi fikirlər, əslində, rəsmi Bakının sülh gündəliyi haqqında geniş təsəvvür yaradır. Bu gündəlik qalib dövlətin qalib liderinin baxışlarını tam əks etdirir:
"Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP). Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir".
Dövlət başçısı qeyd edib ki, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır.
"Ümumilikdə avqust ayında ABŞ-yə səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır", - Prezident İlham Əliyev bildirib.

Xəzər problemi BMT-də qaldırıldı
İlham Əliyev BMT tribunasındakı çıxışında daha bir real problemi də diqqətə çatdırdı - Xəzər dənizinin quruması. O, Xəzər dənizinin səviyyəsinin azalmasının əsas səbəbinin iqlim dəyişikliyi olmamasını qeyd etməklə, problemin siyasi və iqtisadi maraqlardan qaynaqlanan istiqamətlərinə diqqət çəkmiş oldu:
"Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır".

İlham Əliyevin Xəzər dənizi ilə bağlı problemi BMT tribunasından gündəmə gətirməsi üç prizmadan diqqətəlayiqdir:
- Xəzər dənizi Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində əhəmiyyətli ticarət donanmasının yerləşdiyi region kimi iqtisadi, enerji təhlükəsizliyində mühüm rol oynayır. Bunun dayanıqlı olması üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Xəzər dənizi ilə bağlı siyasətinə dəstək verməlidir,
- Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) perspektiv layihələrini Xəzər dənizi və Zəngəzur dəhlizi ilə uyğunlaşdıran strategiya hazırlayır.
Beləliklə, Prezident İlham Əliyevin qısa müddət ərzində ikinci dəfə ABŞ-yə səfəri özünün əhəmiyyəti və statusuna görə rəsmi Bakının beynəlxalq aləmin aparıcı aktorlarından biri olduğunun təsbitidir. İstər qalib dövlət olaraq mövcud reallıqlar və rəsmi Bakının sülh gündəliyinin dünyaya ən ali tribunadan bəyan edilməsi, istərsə də Prezident İlham Əliyevə göstərilən xüsusi diqqət bölgəmizdə əsl söz sahibinin kim olduğuna dair beynəlxalq aləmdə daha aydın təsəvvür yaratdı.
OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
İlham Əliyevin Çin səfəri dünya mediasında - Fotolar
Prezidentlər Birgə Bəyanat imzaladılar
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12