Yenilik.Az
www.Yenilik.Az » Dünya » Kadırov NATO-ya müharibə elan etdi

Kadırov NATO-ya müharibə elan etdi

Kadırov NATO-ya müharibə elan etdi
2026-07-18 , 17:10

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah tədarük edən və kəşfiyyat məlumatları ötürməklə yardım göstərən ölkələrə qarşı “atəş açmağa” çağırıb.

Tribuna.az bildirir ki, Çeçenistan lideri bu barədə özünün “Telegram” kanalında paylaşım edib.

“NATO abbreviaturası arxasında gizlənərək heç nədən çəkinmədən, açıq-aşkar və meydan oxuyaraq Ukrayna faşistlərinə silah, kəşfiyyat məlumatları və digər dəstəyi verən ölkələrdən başlamaq heç də pis olmazdı. Atəş açmaq vaxtıdır, vəssalam! Onlar trotil qoxusunu hiss edən, Kalaşnikovun səsini və T-90 tanklarının gurultusunu eşidən kimi hər şeyi anlayacaq və doğru yola gələcəklər”, – deyə Kadırov bildirib.

Qeyd edək ki, Çeçenistan rəhbəri bundan əvvəl də Qərb ölkələrinin Ukrayna münaqişəsindəki rolunu kəskin tənqid edən bəyanatlarla çıxış edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.