Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."

"Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."

2026-07-18 , 17:18

Əməkdar artist, tanınmış qarmon ifaçısı Gövhər Rzayeva cəmiyyətdə baş verən mənəvi dəyişikliklərlə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Yenilik.az bildirir ki, ifaçı Baku TV-yə açıqlamasında deyib:
"Qadını qadın kimi oynamağı, süzməyi, "sındırmağı" var. Amma indi qadınlar kişi kimi davranırlar. Elə bil qadınlarda kişiləşmə gedir. Kişilər qadınlaşıb, qadınlar isə kişiləşib. Bilmirəm nə yeyirlər, nə içirlər. Bu yeməkdə nə var, havada nə var? Niyə belə olublar?"
Gövhər Rzayeva insanların zahiri görünüşünə aldanmağın düzgün olmadığını da vurğulayıb:
"Meşəyə girəndə bilirsən ki, çaqqal kimdir, şir kimdir, tülkü kimdir. Amma insanları tanımaq olmur. Elə nur sifətli adamlar var ki, içəriləri çirkinliklə doludur. Səninlə elə danışırlar ki, elə bil ürəyini çıxarıb sənə verirlər. Amma bilmirsən ki, daxilində nə fikirlər var, sənə qarşı hansı planları qururlar. Deyirlər, Allah bağışlayandır. Amma bağışlamır, səbri böyükdür".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.