Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp onun çıxışını canlı verməyən telekanalları hədələdi

Tramp onun çıxışını canlı verməyən telekanalları hədələdi

Tramp onun çıxışını canlı verməyən telekanalları hədələdi
2026-07-17 , 15:17

ABŞ Prezidenti Donald Tramp dünən xalqa müraciətini yayımlamaqdan imtina edən Amerika televiziya kanallarının yayım lisenziyalarının alınmasını tələb edib.

Musavat.com xəbər verir ki, onun müraciəti əsasən milli seçki prosesinə xarici müdaxiləyə dair məlumatlara həsr olunmuşdu.
Amerika prezidenti onun müraciətini canlı yayımlamamaq qərarına gələn televiziya kanallarını tənqid edib: "Onlar bunun nə ilə bağlı olduğunu bilirdilər. Çünki müraciətin mövzusunu bəyənmirlər, çünki sistemimizin nə qədər korrupsiyalaşdığını bilirlər, amma bunu ictimailəşdirmək istəmirlər, onlar və mediadakı digər şəxslər sui-qəsdin bir hissəsidirlər. Bu cür saxtakarlıq onların yayım lisenziyalarının ləğvi demək olmalıdır".
"Hətta Üçüncü Dünya ölkələrində belə bizimki kimi seçkilər keçirən heç bir ölkə yoxdur", - deyə Ağ Ev rəhbəri bildirib.
O, ABŞ seçkilərinə geniş təsir göstərmək cəhdlərində Çin, Rusiya, Şimali Koreya, İran kimi ölkələri günahlandırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.