Tramp onun çıxışını canlı verməyən telekanalları hədələdi
Amerika prezidenti onun müraciətini canlı yayımlamamaq qərarına gələn televiziya kanallarını tənqid edib: "Onlar bunun nə ilə bağlı olduğunu bilirdilər. Çünki müraciətin mövzusunu bəyənmirlər, çünki sistemimizin nə qədər korrupsiyalaşdığını bilirlər, amma bunu ictimailəşdirmək istəmirlər, onlar və mediadakı digər şəxslər sui-qəsdin bir hissəsidirlər. Bu cür saxtakarlıq onların yayım lisenziyalarının ləğvi demək olmalıdır".
"Hətta Üçüncü Dünya ölkələrində belə bizimki kimi seçkilər keçirən heç bir ölkə yoxdur", - deyə Ağ Ev rəhbəri bildirib.
O, ABŞ seçkilərinə geniş təsir göstərmək cəhdlərində Çin, Rusiya, Şimali Koreya, İran kimi ölkələri günahlandırıb.
