EMİN HÜSEYNLİ VƏ DİGƏRLƏRİNİN İŞİ…-FƏRƏMƏZ NOVRUZOĞLU YAZIR
Aysberqin görünməyən tərəfi: Azərbaycan dövləti xarici güc mərkəzlərinin birbaşa nəzarət və idarə etdiyi “təsir agentlərindən qurtulma və onların zərərsizləşdirilməsi” prosedurunu həyata keçirib!II YAZI
Adı çəkilən media orqanları və Emin Hüseynlinin törətdikləri əməllərdə iqtisadi cinayətlər, qeyd etdiyimiz kimi, məsələnin görünən tərəfidir. Ancaq onların həbsi heç də buna görə yox, fəaliyyətlərinin qaranlıq tərəfinə görədir. Əgər belə olmasa, Mətbuat Şurasının üzvü olan hər bir media orqanına qarşı iqtisadi cinayətlə bağlı iş qaldırıb, ölçü götürülər, çünki hər birinin fəaliyyətində istənilən nöqsanları (cinayət işi qaldırmağa səbəb olan) axtarıb tapmaq heç də çətin deyil. Ancaq dövlət medianın qarşılaşdığı mövcud çətinlikləri nəzərə alıb, belə hallara göz yumur, güzəştə gedir. Bəs bu güzəşt həbsdə olan jurnalistlərə, Emin Hüseynliyə niyə edilmədi? Səbəb onların antidövlətçilik mövqeyi sərgiləməsi, beynəlxalq güc mərkəzlərinin “təsir agentləri” olmasıdır. Eyni mövqe Əli Kərimli və çevrəsi üçün də ortaya qoyuldu – 13 il öncə onlar “bağışlandı”, əməllərinə göz yumuldu, ancaq bu jesti dəyərləndirə bilmədikləri üçün qanun qarşısına çıxarıldılar. Bu metod bəlkə də hardasa qanunun tələblərinə qarşı çıxmaqdır, ancaq dövlətin varlığı və gələcək təhlükəsizliyi üçün atılan ən doğru və ədalətli addımdır.
***
İndi isə gəlin adıçəkilən media nümayəndələrinə qarşı irəli sürdüyümüz iddiaların nə dərəcədə doğru, arqumentlərə dayandığını və hüquqi-siyasi qarşılığını bəndlər üzrə analiz edək…
1. Niyyət və motiv: “Vətənə xəyanət” iddiası:
– Hüquqda niyyət cinayət tərkibinin ən vacib elementlərindən biridir. Əvvəldən də qeyd etdiyim kimi, əgər maliyyələşmə dövlətin əleyhinə yönəlmiş fəaliyyəti (məsələn, müharibə dövründə dezinformasiya, düşmən tərəfin təbliğatı və s.) stimullaşdırmaq üçün verilibsə, bu artıq, sadəcə, iqtisadi cinayət (qaçaqmalçılıq) deyil, informasiya müharibəsinin tərkib hissəsidi. Müasir dövrdə xarici qrantların media vasitəsilə daxili auditoriyanın rəyini manipulyasiya etmək üçün istifadə olunması “yumşaq güc” (soft power) mübarizəsinin bir hissəsi hesab olunur. Bu da milli təhlükəsizliyə qarşı qəsddir: əgər bir qurumun fəaliyyəti strateji dövlət maraqlarına, məsələn, onun ərazi bütövlüyünə zərər vurursa, dövlət də bunu milli təhlükəsizliyə təhdid kimi qiymətləndirir;
2. “Hüquqi qayda” və “mütləq ədalət”
Əvvəldə qeyd etdiyim “hüquqi prosedurlara tam əməl olunmasa belə, həbslərin ədalətli olması” fikrim əslində, hüquq fəlsəfəsində mövcud böyük bir mübahisəyə toxunur. Belə məsələlərə iki prizmadan baxılır:
– birincisi, hüquqi pozitivizmdir. Yəni qanun nə deyirsə, odur. Əgər prosedur pozulubsa, əldə edilən sübutlar keçərsizdir;
– ikincisi, təbii hüquq və ya DÖVLƏT MARAĞI! Yəni əsas olan dövlətin və millətin varlığını qorumaqdır. Əgər şəxs dövlətə qarşı fəaliyyət göstərirsə, kiçik prosedur qaydaları (məsələn, axtarışın necə aparılması, həbslər zamanı aşırı güc tətbiq edilməsi, vəkili gözləmədən istintaq hərəkətlərinə başlanması və s.) onun əməlinin mahiyyətini qətiyyən dəyişmir;
3. Satılmış Media və 44 Günlük Savaş
Qeyd etdiyimiz media qurumlarının müharibə dövründəki mövqeyi cəmiyyətin böyük kəsimində narazılıq doğurmuşdu. Hüquqi tərəfdən baxsaq, Azərbaycan qanunvericiliyində (məsələn, “Media haqqında” yeni qanunda) xarici ölkələrdən maliyyələşmənin şəffaflığı ilə bağlı ciddi tələblər məhz bu cür təsirlərin qarşısını almaq üçün sərtləşdirildi. Dövlət satılmış medianın mənəvi-siyasi cəhətdən vurduğu ziyanları gözardı edə bilməzdi;
4. Niyə “Vətənə xəyanət” deyil, “Qaçaqmalçılıq”?
İstintaq orqanlarının “vətənə xəyanət” (maddə 274) yerinə “qaçaqmalçılıq” (206-cı maddə) maddəsini seçməsinin bir neçə səbəbi var:
– sübut etmək asanlığı: pulun bəyan edilmədən gətirilməsini sübut etmək, şəxsin casusluq etdiyini və ya düşmənə birbaşa yardım etdiyini sübut etməkdən daha asandır;
– beynəlxalq reaksiya: “Vətənə xəyanət” ittihamı beynəlxalq aləmdə çox ağır siyasi reaksiya doğurur, “qaçaqmalçılıq” isə konkret iqtisadi cinayətdir. Dövlət həm də beynəlxalq münasibətlərin pozulmaması üçün bəzən bu cür güzəştlərə gedir, ancaq hər kəs mesajını alır ki, məsələnin əsil mahiyyətindən dövlətin xəbəri var.
Nəticə etibarilə mahiyyət o qədər də dəyişmir. Həm beynəlxalq aləmdə, həm də ölkə ictimaiyyətində bilirlər ki, Azərbaycan dövləti bu hadisələrə sadəcə, “pul keçirmə” məsələsi kimi baxmır, Azərbaycanın suverenliyi və milli informasiya məkanının qorunması kontekstində dəyərləndirir. Əsas məqsəd də budur. Dövlət qurumları da bu həbsləri adətən “qanunsuz maliyyə kanallarının kəsilməsi” kimi təqdim edirlər və ardınca da əlavə edirlər ki, bu, dövlətin milli təhlükəsizliyinə xidmət edən proseduradır.
***
Azərbaycanda xaricdən maliyyələşmə (qrantların alınması) mürəkkəb hüquqi prosedurlara tabedir və “vahid pəncərə” (single window) prinsipi ilə tənzimlənir. Proses həm donordan, həm də vəsaiti qəbul edəndən (resipient) bir sıra rəsmi icazələrin alınmasını tələb edir. Azərbaycan dövlətinin bu sərtliyə əl atması qaçınılmaz idi. Əks təqdirdə milli mənafeyə vurulan zərbə və nəticədə yaranan xaosun qarşısını almaq mümkün olmazdı. 44 Günlük Savaş göstərdi ki, əslində, biz gecikmişik; bir çox media qurumları və ayrı-ayrı fərdlərin – bloggerlərin, sosial media fenomenlərinin düşmənə sərf edən mövqedən çıxış etmələri vadar edirdi ki, “təsir agentləri” vasitəsilə beynəlxalq güclərin ölkə ərazisindəki çirkin niyyətlərini gerçəkləşdirmək planlarının, qanunsuz və təhlükəli fəaliyyətlərinin qarşısı alınsın. Və dövlət gecikməli olsa da, nəhayət ki, sərt tədbirlərə əl atdı, ölkədə bu cür fəaliyyətlərin hüquqi prosedur qaydalarını təkmilləşdirdi.
Bu gün belə fəaliyyətlərin konkret prosedur qaydaları aşağıdakı mərhələlərdən ibarətdir:
1. Donorun hüquqi fəaliyyəti üçün qeydiyyata alınması ilk prosedur qaydadır; xarici donor təşkilatı Azərbaycanda qrant layihələrini həyata keçirmək üçün Azərbaycan Respublikasında öz filial və ya nümayəndəliyini açmalı, qanuni fəaliyyət üçün qeydiyyatdan keçməlidir;
2. Qrant müqaviləsinin qeydiyyatı: vəsaiti alan tərəf (QHT, media subyekti və ya fiziki şəxs) qrant müqaviləsini dövlət orqanlarında qeydiyyatdan keçirməlidir. Qeydiyyat orqanı subyektin növünə görə dəyişir. QHT-lər və fiziki şəxslər üçün qeydiyyat Ədliyyə nazirliyi tərəfindən həyata keçirilir.
Qrant almaq istəyən kommersiya qurumları müqaviləni İqtisadiyyat nazirliyində qeydə aldırmalıdırlar.
Dini qurumlarla bağlı qrant müqavilələri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilir;
3. Bank əməliyyatları və şəffaflıq:
Şəffaflıq əsas prinsipdir. Hər bir layihənin konkret məqsədi ilə yanaşı, maliyyə-smeta xərcləri də şəffaf şəkildə göstərilməli, dövlətə ödənməli vergilər müəyyən olunmalıdır. Ən ciddi məsələ də bank nəzarətidir. Azərbaycan bankları qeydiyyat bildirişi (Ədliyyə və ya İqtisadiyyat nazirliyindən alınan sənəd) təqdim edilmədən xarici qrant vəsaitlərinin istifadəsinə (nağdlaşdırılmasına və ya köçürülməsinə) icazə vermir.
Nağd pul qadağası: Qrantların nağd şəkildə qəbul edilməsi qanunla qadağandır və buna görə sanksiyalar nəzərdə tutulur.
Monitorinq: 15 000 manatdan yuxarı əməliyyatlar Maliyyə Monitorinqi Xidməti tərəfindən xüsusi nəzarətə götürülür (AML/KYC prosedurları);
4. Media subyektləri üçün xüsusi tələblər: “Media haqqında” qanuna (2025-2026-cı il dəyişiklikləri ilə) əsasən, Azərbaycanda fəaliyyət göstərən media subyektləri Media Reyestrinə daxil edilməlidir. Xarici media subyektlərinin filial və nümayəndəlikləri qanunvericiliyin tələblərini pozduqda (məsələn, qanunsuz maliyyələşmə) onların fəaliyyəti məhdudlaşdırıla və ya reyestrdən çıxarıla bilər.
Bütün bu deyilənlərin qısa xülasəsi odur ki, qanuni prosedurdan kənar (məsələn, nağd şəkildə və ya bəyan etmədən) alınan vəsaitlər qaçaqmalçılıq və ya vergidən yayınma kimi cinayət tərkibi yaradır. Yəni adı çəkilən media orqanlarının həbs edilən əməkdaşları və eləcə də Emin Hüseynli ilə bağlı məsələ əsla şərləmə deyil, hüquqi bazaya söykənir. Qanunu pozmusan, qeyri-qanuni yolla maliyyələşərək fəaliyyət göstərmisən, üstəlik də, bu fəaliyyətin dövlətin maraqları ilə ziddiyyət təşkil edirsə, qanunun sərt üzünü mütləq görməlisən, dövlət belə məsələlərdə güzəştə getməz, humanist davranmaz, əks təqdirdə o dövlətdən dövlət çıxmaz!
***
Məsələnin mahiyyətilə birbaşa əlaqədar olduğu üçün əhəmiyyətli bir məqama da xüsusi olaraq aydınlıq gətirmək məcburiyyəti hiss edirəm…
İctimai-siyasi çevrələrdə “Xarici agentlər haqqında qanun” (rəsmi adı ilə “Xarici təsirin şəffaflığı haqqında qanun”) son illərdə bir çox ölkələrdə (ABŞ, Rusiya, Gürcüstan, Macarıstan, Qərbi Avropanın bir çox ölkələri) tətbiq olunan və ya müzakirə edilən çox mühüm hüquqi mexanizmdir. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, xaricdən maliyyələşən, vətəndaşı olduğu ölkənin daxilində siyasi-ictimai fəaliyyətlə məşğul olan şəxslər və ya təşkilatlar dövlət tərəfindən xüsusi nəzarətə götürülür.
Gəlin bu qanunun nə demək olduğunu, necə işlədiyini sadə şəkildə izah edək:
1. Əsas məntiq odur ki, “sən kimin pulu ilə danışırsan?” sualına aydınlıq gətirilir.
Bu qanunun tərəfdarlarının (məsələn, mən və mənim kimilərin) əsas arqumenti budur: əgər bir şəxs və ya media qurumu xarici dövlətdən və ya fonddan pul alırsa, o, həmin donorun maraqlarını təmsil edə bilər. Buna görə də cəmiyyət bilməlidir ki, bu informasiyanı yayan tərəf heç də müstəqil deyil, “xarici təsir altındadır”;
2. “Qanun nəyi tələb edir” sualı olduqca aktualdır və ictimaiyyət üçün aydın olsun deyə, cavablandırılması gərəkir.
Bu qanun tətbiq olunan ölkələrdə (məsələn, Gürcüstanda və ya Rusiyada) adətən aşağıdakı tələblər qoyulur:
Reyestrdə qeydiyyat: maliyyəsinin müəyyən faizini (məsələn, 20%-dən çoxunu) xaricdən alan hər bir QHT və ya media qurumu “Xarici agent” və ya “Xarici maraqları həyata keçirən təşkilat” kimi qeydiyyatdan keçməlidir;
Xüsusi markalanma: yaydıqları hər bir xəbərdə, məqalədə və ya videoda “Bu material xarici agent tərəfindən hazırlanıb” ifadəsi mütləq qeyd edilməlidir, buna məcburdur;
Ciddi hesabatlılıq: hər qəpiyin hara xərcləndiyi barədə dövlətə detallı şəkildə hesabat verilməlidir. Pozuntu halları olduqda böyük cərimələr və ya fəaliyyətin dayandırılması tətbiq olunur;
3. Dünyadakı fərqli modellər: qanunun tətbiqi ölkələrə görə çox fərqlənir…
ABŞ Modeli (FARA): 1938-ci ildən bəri mövcuddur. Əsasən lobbiçilik fəaliyyəti ilə məşğul olanları hədəf alır. Əgər hər hansı bir şəxs xarici hökumətin tapşırığı ilə qanunvericiliyə təsir etmək istəyirsə, qeydiyyatdan keçməlidir;
Rusiya Modeli: Burada qanun daha sərtdir. Təkcə lobbiçilər deyil, xaricdən maliyyələşən tənqidçi jurnalistlər və ictimai fəallar da “xarici agent” elan edilə bilər. Bir çox ekspertlər bunu müxalifəti susdurmaq aləti kimi görsə də, dövlətin özünüqoruma instinkti bu yola vadar edir;
Gürcüstan Modeli: 2024-cü ildə qəbul edildi. Bu, cəmiyyətdə və beynəlxalq aləmdə böyük etirazlara səbəb oldu, çünki bir çoxları bunu ölkənin Avropaya inteqrasiyasına maneə kimi qiymətləndirdi;
4. Azərbaycan kontekstində vəziyyət:
Azərbaycanda adında “Xarici agent” sözü olan xüsusi bir qanun yoxdur. Lakin yuxarıda müzakirə etdiyimiz “Qrant haqqında” və “Media haqqında” qanunlara sərt, amma yerində edilən dəyişikliklər mahiyyət etibarilə eyni funksiyanı yerinə yetirir.
Xaricdən maliyyə almaq prosesi o qədər mürəkkəbləşdirilib ki, faktiki olaraq, dövlətin icazəsi olmadan xarici qrantla fəaliyyət göstərmək qətiyyən mümkün deyil. Haqqında bəhs etdiyimiz media nümayəndələri məhz bu “rəsmi filtrlər”dən yan keçərək vəsait əldə etdiklərinə görə, qaçaqmalçılıqda ittiham olunurlar. Yəni onların həbsi dövlətin maraqlarına xidmət etməklə yanaşı, hüquqi bazaya da söykənir.
Bu barədə mənim şəxsi mövqeyim necədir? İlk öncə onu qeyd etmək istərdim ki, “milli maraqların satılması” prinsipindən məsələyə baxsaq, “Xarici agentlər haqqında qanun”un tərəfdarları az deyil, mütləq əksəriyyəti təşkil edir. Mən də çəxsən belə düşünürəm ki, xaricdən kimin pul aldığı, bu pulla hansı ideologiyanı yaydığı dövlət tərəfindən nəzarətdə saxlanmalıdır. Məsələn, İsa Qəmbərin oğlu smetası 3 milyon dollar olan film çəkir və o filmdə “sübut edir” ki, Qarabağda ermənilər aborigendir, biz isə oraya sonradan gəlmişik. Tamam, bunu azad fikir, alternativ fikir kimi qəbul edək. Amma biz də tələb edirik ki, film başlamadan öncə açıq şəkildə sifarişçi və maliyyələşdirən təşkilat haqqında ətraflı məlumat verilsin. Yuxarıda da qeyd olunduğu kimi, “xüsusi markalanma”ya əməl olunsun, yayılan hər bir xəbərdə, məqalədə və ya videoda “Bu material xarici agent tərəfindən hazırlanıb” ifadəsi mütləq qeyd edilsin. Məsələn, qeyd olunsun ki, İsa Qəmbərin oğlunun filmi ANCA təşkilatının – Amerika Erməni Milli Komitəsinin maliyyəsi və sifarişi əsasında çəkilib. O zaman o filmi lap AzTV ilə də nümayiş etdirə bilərik. Əsil demokratiya da elə bu deyilmi? Filmə baxan hər kəs ilk öncə onun ideoloji yönünü müəyyən edəcək, sifarişçini, maliyyələşdirəni tanıyacaq. Məgər tamaşaçının buna haqqı yoxdur? Ən azından, obyektivlik bunu tələb edir.
***
Məncə, təkcə media və QHT-lər haqqında qanunları sərtləşdirməklə ölkəmizə xarici təsirin qarşısını tam almaq mümkün deyil. Mütləq şəkildə “Xarici agentlər haqqında qanun” qəbul olunmalı, həbs edilən məlum jurnalist kontingentinin iqtisadi cinayətləri kimi, siyasi-ideoloji cinayətlərinə də hüquqi qiymət verilməli, hər kəs onların vətənə və dövlətə xəyanət etdiyini bilməlidir. Hətta onları müdafiə edənlərin də hüquqi məsuliyyəti müəyyən olunmalıdır.
Axı niyə Azərbaycanda da “xarici agent” statusu rəsmən tətbiq olunmamalı, bu şəxslər xüsusi reyestrdə cəmiyyətə elan edilməməlidir? Buyursun Aynur Elgünəş və Emin Hüseynli kimilər “xarici agent” markasını rəsmən qəbul etsin və istədiyi fəaliyyəti göstərsin.
Niyə ABŞ-da 1938-ci ildən qüvvədə olan FARA (Foreign Agents Registration Act) qanunu olduğu halda, bənzər qanunların post-sovet məkanında qəbuluna Qərb dövlətləri kəskin reaksiya verirlər? Məgər bu, ikili standart deyil?
Bu ziddiyyəti tərəflər adətən aşağıdakı arqumentlərlə izah edirlər:
1. ABŞ-ın Arqumenti: “FARA fərqlidir” – ABŞ rəsmiləri bildirirlər ki, onların qanunu ilə Gürcüstan və ya Rusiya modeli arasında fundamental fərqlər var. FARA-nın əsas məqsədi fəaliyyəti qadağan etmək yox, sadəcə olaraq, xarici hökumətlərin adından lobbiçilik edənlərin (məsələn, rəsmi nümayəndələr, vəkillər) şəffaflığını təmin etməkdir. ABŞ tərəfi iddia edir ki, FARA QHT-ləri və azad medianı hədəf almır, lakin digər ölkələrdəki “xarici agent” qanunları məhz tənqidçi səsləri susdurmaq üçün bir instrument kimi istifadə olunur.
2. Azərbaycan və digər ölkələrin arqumenti isə suverenliklə bağlıdır və məncə, haqlı arqumentdir. Əgər “inkişaf etmiş demokratiyalar” öz daxili siyasi mühitini xarici müdaxilədən qorumaq üçün belə qanunlar çıxarırsa, digər dövlətlərin də bu hüququ olmalıdır. Bunu həmin dövlətlərin milli maraqları tələb edir. Çünki xaricdən gələn, mənbəyi, məqsədi qaranlıq olan vəsaitlər mütləq şəkildə “beşinci kolon”u formalaşdırır ki, bu da dövlətin daxili işlərinə birbaşa müdaxilədir.
Hüquqi “agent” statusunun cəmiyyətə təsiri də önəmli faktordur. Statusun rəsmən tətbiq edilməsi həm də cəmiyyət üçün bir “filtrləmə” rolunu oynayacaq. Vətəndaş oxuduğu xəbərin arxasında hansı dövlətin və ya fondun dayandığını bildikdə, informasiyaya daha tənqidi yanaşma imkanı əldə edir. Bu, həm də “maddi maraq qarşılığında milli maraqları satmaq” riskini azaldır, çünki fəaliyyət tam şəffaf olur.
Nəticə etibarilə, hazırda Azərbaycan qanunvericiliyi – Qrant və Media haqqında qanunlar, faktiki olaraq, “xarici agentlər haqqında qanun”un gördüyü işi görür: qeydiyyatdan keçməyən vəsait cinayət (qaçaqmalçılıq, vergidən yayınma) sayılır. Mənim təklifim – bu şəxslərin rəsmən “xarici təsir agenti” kimi markalanması gələcəyin işi olsa da, məsələni hüquqi müstəvidən ictimai qınaq müstəvisinə daşımağa qətiyyən mane olmur. Onların aldıqları qrant vəsaitləri dolayısıyla həm də vətənə xəyanətin motivlərini ortaya qoysa da, hələlik buna hüquqi qiymət verə bilmirik. Ancaq bu cür şəxsləri ictimai qınağa məruz qoymağa kimsə bizə mane olmur, ola bilməz!
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Prezident Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib - FOTO
AXCP və Müsavat fəaliyyətini dayandırmalıdır...
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55