Fazil Mustafa: "Bayrağımızda İslam var, məzhəb, təriqət yoxdur ki..."
“UFC Fight Night” turnirində Azərbaycanı təmsil edən idmançı Rafael Fiziyevin dini şüarları barədə müzakirələr davam edir. Milli Məclisdə çıxış edən parlamentin komitə sədri Fazil Mustafanın səsləndirdiyi ümumi fikirlər isə Rafael Fiziyevlə əlaqələndirilərək müzakirələri daha da genişləndirib. Bildirilir ki, dünyəvi dövlət dini qadağan edən dövlət deyil, fərdin dini kimliyini ifadə etməsi avtomatik olaraq dünyəviliyə zidd hesab edilə bilməz, bir idmançının şəxsi dini hisslərini ifadə etməsi ilə dövlətin dini təbliğ etməsi arasında hüquqi və siyasi baxımdan ciddi fərq var. Həmçinin Fiziyevsevərlər yazırlar ki, idmançı dövlət adından dini siyasət aparmır, öz vicdan və ifadə azadlığından istifadə edən Azərbaycan vətəndaşıdır...
Səslənən fikirlərlə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, o, çıxışında hansısa konkret şəxslə bağlı deyil, Azərbaycan cəmiyyəti üçün təhlükəli hesab etdiyi tendensiyadan danışıb.
F.Mustafa qeyd edib ki, səsləndirdiyi tənqidlərə Azərbaycana qarşı düşmən olan, sadəcə dini, məzhəbi alət edib, düşmənçiliyi bu platformadan aparan insanlar etiraz edir: “Tövsiyə olunur ki, ümumiyyətlə, bu cür tədbirlərdə Azərbaycanın himni, bayrağı önə çəkilməli, Azərbaycanın milli dəyərlərini ifadə edən musiqilər səslənməlidir. Bunun nəyi pisdir? Vətənsevər və sağlam düşüncəli, dürüst hansı azərbaycanlı buna etiraz edə bilər? Kiminsə Vətəni ilə problemi varsa, öz dövlətinə nifrət edirsə, biz nə edək? Onların mühakiməsi iləmi hərəkət etməliyik? Biz konkret bir şəxsi hədəfə almamışıq, yaxud konkret ad da çəkmirik. Tendensiyanı deyirik ki, yarışı təşkil edənlər, müvafiq qurumlar buna diqqət etməlidirlər. Yarış Azərbaycanın paytaxtında Azərbaycanın adı ilə keçirilirsə, Azərbaycan adından kimlərsə çıxış edirsə, onlar Azərbaycanın atributlarını önə çəkməlidirlər! Öz vətənini sevən hansı ləyaqətli, namuslu azərbaycanlı buna etiraz edə bilər? Görmürsünüz ki, etirazları hansı şəbəkədə paylaşırlar? İnformasiya məkanımız xarici ölkələrin “dronları” ilə dolub, “din” adı və başqa ad altında hücumlarını həyata keçirirlər. Diqqət edirsinizsə, əslində, Azərbaycan dövlətinə bağlı, onun təəssübünü çəkən insanların heç birində bu, etiraz doğurmadı. Burada narahatlıq üçün hansı əsas ola bilər ki? Biz həm də Konstitusiyamızın maddələrinə istinad edirik. Əlbəttə, başqa ölkələrdə hansısa dini adlar, şəriət hüququ üzərində qurulan bir dövlət modelləri mövcuddur. Bizdə isə dünyəvi dövlətdir, Konstitusiyada da təsbit olunub. Hansı yerdə ki dünyəvi dövlət var, orada din insanlar tərəfindən sərbəst yaşanır. Biz də dindarıq, dinimizi normal yaşayırıq. Kim ki dini ideologiyaya çevirir, onu hansısa vəhşilik, yaxud siyasi təzyiq vasitəsi kimi istifadə edir, o, kənardan idarə olunan və dövlətimizə qarşı təhdid yaradan qüvvədir. Bu, əslində gələcəyimiz üçün kifayət qədər təhlükə doğuran məsələlərdən biridir. Bizim üçün nə fərqi var ki, kimsə bir mollaya, yaxud şeyxə inanır, hansısa təriqətin üzvüdür, ya siçana, inəyə inanır? Bu, insanın öz seçimidir. Hindistanda kimlərsə heyvana səcdə edirlər. Bu onun haqqıdır, biz buna qarışmırıq. Kiməsə dinini doğru, yaxud səhv yaşa deyə yanaşmırıq. İslama da onun Kitabı prizmasından yanaşırıq. Kitabında olmayan hansısa dəyərləri bir insan “İslam” adı ilə təqdim edirsə, bu, onun təfəkkürünün məhsuludursa, qoy onu evinin içində gedib yaşasın. Amma bunu ictimai həyata diqtə etmək, “İslam” adı ilə təqdim etmək, təbii ki, dövlətin din siyasətinə qarşı çıxmaqdır. Din dövlətdən ayrıdır, amma dini ritualları bəhanə edib dövlətin ictimai asayiş qaydasının pozulması cəhdləri varsa, dövlət buna öz müdaxiləsini etməlidir. Ona görə də bu cür təzahürlərə vicdan və din azadlığı kontekstindən baxılmaz. Adamlar deyirlər ki, istədiyim hərəkəti edəcəyəm, istədiyim vəhşiliyi, təzyiqi sənə göstərəcəyəm, sən də bunu qəbul etməlisən. İslam insan həyatına dəyər verən, insan həyatını kamilləşdirən dindir. Həmçinin İslam eyni zamanda bir qrupun, hansısa məzhəbin təriqətin, sektanın əlində vəhşi dinə də çevrilə bilər. Yaxın tariximizə - İŞİD-in, Hizbullahın törətdiyi terrora və atdığı addımlara baxın. Ümumiyyətlə, terrorun milləti, dini olmaz. Xristian dininə də məxsus terrorçu təşkilatlar var, həmçinin yəhudilərin də. Bəli, terrorun bütün növləri pislənməlidir və biz də hər zaman pisləyirik. Konkret İslamdan danışırıqsa, İslamın peyğəmbəri obrazında, örnəyində insanlara miras qoyulan həyat tərzi, ədəb, tərbiyə var. Bu, ədəbdən kənara çıxıb, kimsə hansısa şəkildə İslamı gözdən salan davranışlar edirsə, buna müəyyən dərəcədə münasibət bildirəndə bundan narazı olanların mühakiməsi ilə hərəkət edə bilmərik. Bu baxımdan, bizim yanaşmamız fərdlərə qarşı yanaşma deyil. Kimsə hansı addımı atırsa, özü bilər, evinin içində, həyətində nə qədər istəyirsə, qışqırsın, mərsiyə desin, oxusun. Bu, onun öz işidir. Cəmiyyətə yansıyan, ictimai qaydalara uyğun olmayan davranışlara isə dövlət qanunları istənilən vəziyyətdə müdaxilə edə bilər və etməlidir də! Dövlət bayrağımızda da bütün atributlar nəzərdə tutulur. Bəzən deyirlər ki, bayrağımızda da var, niyə hörmət etmirsiniz? Bayrağımızda İslam var, məzhəb, təriqət yoxdur ki. Bayrağımızda bütöv İslam var. Sən deyirsən ki, Məhəmməd Peyğəmbərin təbliğ etdiyi İslam bizə lazım deyil, “ağalarımızın” öyrətdiyi İslam lazımdır, hansısa ölkənin ruhanilərinə nökərlik etmək istəyirik. Ərəb olsun, fars, türk olsun, özünə bir ağa tapıb, ona nökərlik etmək istəyən varsa, o, Azərbaycan vətəndaşlığının prinsiplərinə uyğun davranmır. Biz bu ünsürlərin diktəsi ilə hərəkət edə bilmərik. Biz Azərbaycan dövlətini və onun prinsiplərini qorumalıyıq. İnsanların din azadlığını da sərbəst yaşamasını təmin etməliyik. Amma bunun ictimai təhlükəyə çevrilmə anında dövlət öz müdaxiləsini etməlidir ki, inancı olan, ya olmayan, başqa dindən olan vətəndaşların da hüquqlarına zərər yetirilməsin. Biz həm də radikal xristian, yəhudi cərəyanlarına qarşı da eyni münasibət bəsləyirik. Burada fərq qoymamalıyıq. Bu baxımdan, məncə, inanc, vicdan azadlığından sui-istifadə edərək, İslamda, “Quran”da olmayan, hansısa davranışları “İslam davranışı”, “ənənə” adı ilə Azərbaycan cəmiyyətinin gündəminə gətirənlərə qarşı münasibətimizi bildirməliyik. Bəli, Azərbaycan dövlətində, onun paytaxtında keçirilən istənilən tədbirdə Azərbaycan atributları önə çıxarılmalıdır. Yəni bunu hansısa məmur, iş adamı, idmançı başa düşmürsə, onu başa salmaq lazımdır ki, sən bu dövlətin adından çıxış edirsənsə, onun vətəndaşısansa, bu dövlətin atributları önə çəkilməlidir. Norveçlilər futbolda öz milli adət-ənənələrinə uyğun avarçəkmə tədbiri nümayş etdirdilər. Mədəni tədbir keçirirlər və hamı da bunu xoş görüntü ilə qarşılayır. Siz niyə vəhşiliyi, kobudluğu, qabalığı göstərməyə çalışırsınız? Elə gözəlliklər göstərin, dünya da baxsın, sevinsin ki, bu xalqın, doğrudan da, dəyərləri var. Bizim musiqimiz, melodiyamız hansı xalqınkından əskikdir? Öz milli melodiyamızdan niyə imtina edirsiniz? Hansı vicdanlı, vətəninə sevgisi olan azərbaycanlı öz melodiyasından imtina edər, başqa ölkənin dini ideoloji şüarlarını səsləndirər? Məgər Azərbaycana sevgi ifadə edən şüar yoxdur? Bu məsələlər birmənalı şəkildə tərəfimizdən ortaya qoyulur. Buna etiraz edənlər isə əsasən xaricdən idarə olunan və xaricdən informasiya məknımıza yönəldilən “dronlar”, ayrı-ayrı qruplardır. Bunlar xüsusi olaraq bu məqsədlə hazırlanıblar. Diqqət edirsinizsə, onların yaratdıqları bəlanın faciəsini bütün müsəlman arealı çəkir. Müsəlman arealı məhz bu cür barışmaz, anormal dinçi görüntüsü ilə fəlakətli, faciəli vəziyyətdədir. Eyni vəziyyətə Azərbaycanı da salmaq istəyirsiniz? Buna necə imkan verək ki, Azərbaycanda da başqa ölkələrdə yaşanan dini qarşıdurmalar, nifrət, başqa təriqətin digər təriqətə, bir məzhəbin digər məzhəbə düşmənçiliyini aşılayan bir mühit olsun. Özünə “sünni”, “şiə” deyən bütün radikal cərəyanlara qarşı eyni mövqe sərgiləyirik. Kiminsə sərt, radikallığa dəvət edən, geyim-keçimi ilə insanlarda mənfi, qorxunc təsəvvür yaradan hansısa sünni cərəyanını təqdir etmirik ki. Biz onlara da qarşı sözümüzü deyirik. Elmə, təhsilə, biliyə gəlmək lazımdır. Din sənin daxili işindir. Get içində yaşa, dəyərləndir. Sən dini bir siyasi ideologiyaya çevirib yaşamaq istəyirsənsə, artıq məqsədin dini yaşamaq deyil. Məqsədin bu dövlətin varlığını çökdürməkdir. Biz də buna qətiyyən yol verə bilmərik. Bu cür din yaşamaq istəyirsinizsə, hər kəsin seçimi var. Gedib bunu o dinin, ritualların yaşandığı ölkələrdə sərbəst şəkildə edə bilərlər. Azərbaycanda bunun edilməsi yolverilməzdir. Bu, başqalarının gözündə də İslam dininə qarşı xoş ovqat yaratmır. Biz dinimizin gözəlliyini, sülhsevər missiyasını təbliğ etməliyik. Axı hansısa şəkildə zorakılıq, fiziki linçetmə, insanları təhqir etmə və başqa dinlərdə olan şəxslərə, qruplara qarşı dözümsüzlük kimi çağırışları necə dəstəkləyə bilərik? Buna yol verməyimiz doğru olmaz. Azərbaycanı normal təhsilli, mədəni, həm də sağlam inanclı cəmiyyət kimi qorumalıyıq”.

Prezidentin cavablandırdığı suallar - Tam mətn
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
EMİN HÜSEYNLİ VƏ DİGƏRLƏRİNİN İŞİ…-FƏRƏMƏZ NOVRUZOĞLU YAZIR
Fazil Mustafanın vurulduğu silah polkovnik-leytenantın evində gizlədilib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Milli Məclisin ən aktiv deputatları kimlərdir? - Baş redaktorlar adlar açıqladı
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
İlham Əliyev 8 fərman imzaladı
Siyavuş Novruzovun respublika səhvi... - Bunu bilməli idi!
İradə İbrahimova: "Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər" - VİDEO 2026-07-10 , 13:05
Özbəkistan Prezidenti Allahşükür Paşazadəyə "Xalqın və Vətənin Hörməti" ordenini təqdim edib 2026-07-10 , 12:59
Prezident Fərman imzaladı 2026-07-10 , 12:58
“Tramp armuda dırmaşmış ayını xatırladır - armudun yaxşısını da ayı yeyər...” 2026-07-10 , 12:55
Məşhur tiktoker ana olacağını açıqladı - VİDEO 2026-07-10 , 12:47
“Çoxuşaqlı ana” övladları ilə gəzintidə - FOTO 2026-07-10 , 12:33
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu 2026-07-10 , 12:27
60 yaşlı Məleykə Əsədova tanınmaz halda - VİDEO 2026-07-10 , 12:15
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal 2026-07-10 , 12:04
“Bədbəxtlərə deyirəm...” – ABŞ-də yaşayan Elariz 2026-07-10 , 12:00
“Trampa cavab verəcək bir kişi tapılmayacaq?” 2026-07-10 , 11:59
Velosiped və skuter sürənlərin NƏZƏRİNƏ - FOTO 2026-07-10 , 11:58
Müəllimlər üçün vahid geyim forması narazılıq yaratdı – Foto 2026-07-10 , 11:56
Tənqidlərdən sonra Nurayın evinə getdi - Video 2026-07-10 , 11:54
13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək 2026-07-10 , 11:51
Turizm şirkətinin maşını ilə ayını vurub öldürdü - VİDEO 2026-07-10 , 11:50
Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın" 2026-07-10 , 11:43
Azərbaycanın səsi bu dəfə də eşidildi - İsrail qərarını dəyişdi 2026-07-10 , 01:29
Süni intellekt üçün internet “Bakcell”dən 2026-07-09 , 16:51
"Biabır olanlar fonoqrama oxuyanlardır" - VİDEO 2026-07-09 , 16:41
Azərbaycanda serebral iflic olan qadın ana oldu 2026-07-09 , 16:31
Məşhurlar İlkin Misgərlinin parodiyası haqda: "Bunu çəkib paylaşana ayıb olsun, biabırçılıqdır, günah edib" 2026-07-09 , 16:23
Aygün Kazımovanın qızı ilə Röya Ayxanın qardaşı bir arada - FOTO 2026-07-09 , 16:18
Cəbrayılın icra başçısına icazə verilmədi: 112 minlik tender ləğv edildi 2026-07-09 , 16:15
“Kontakt Home”la bağlı daha bir narazılıq: “Bizi aldadırlar” – Foto 2026-07-09 , 16:15
Natiq Cəfərlidən AQTA-ya sərt reaksiya: “Bu, sahibkarlığa əlavə məhdudiyyətdir” 2026-07-09 , 16:14
Elza Seyidcahan süpürgə ilə poz verdi - FOTO 2026-07-09 , 16:05
“Qurtuluş” yenidən açılır – Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO 2026-07-09 , 16:04
Elşad Xosedən polisə şikayət olundu 2026-07-09 , 16:01
Autizmli uşağı parodiya edən İlkin: "Söyüş və qarğış silməkdən yorulmuşam" 2026-07-09 , 15:59
Mehinin ölkədən çıxışı qadağan edilib - VİDEO 2026-07-09 , 15:57
"Ərim var ki, gizlədim?" - Sevda Sanəliyeva 2026-07-09 , 15:53
Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" - VİDEO 2026-07-09 , 15:49
Niyama hədiyyə olunan ev saxta çıxdı 2026-07-09 , 10:33
Hüseyn Məhəmmədoğlu: “Bu sahədə qazanc daha çoxdur” 2026-07-09 , 10:32
Tehran Vaşinqtonu hədələdi 2026-07-09 , 10:30
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı 2026-07-09 , 10:28
Tramp İrana qarşı sərtləşir: Yeni zərbə əmri... 2026-07-09 , 10:26
Kərim 5 mindən çox maaş istəyir 2026-07-09 , 10:15
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi 2026-07-08 , 15:58
Şuşada bunu etmək qadağan edildi - FƏRMAN 2026-07-08 , 15:57
İlham Əliyev daha bir sərəncam imzaladı 2026-07-08 , 15:56
Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman - Bu qadağan olundu 2026-07-08 , 15:54
Onlara diplomatik rütbə verildi - SƏRƏNCAM 2026-07-08 , 15:52
Tramp: Ərdoğanı müharibədən çəkindirdim 2026-07-08 , 15:49