Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Hüseyn Məhəmmədoğlu: “Bu sahədə qazanc daha çoxdur”

Hüseyn Məhəmmədoğlu: “Bu sahədə qazanc daha çoxdur”

Hüseyn Məhəmmədoğlu: “Bu sahədə qazanc daha çoxdur”
2026-07-09 , 10:32

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu oğlu Məhəmmədin gələcəkdə müğənni kimi fəaliyyət göstərməsini istəyir.

Sənətçi bu barədə “Xəzər axşamı” verilişində danışıb. O bildirib ki, klarnet ifaçılığı çətin və məhdud imkanları olan bir sahədir. Hüseyn Məhəmmədoğlu müğənnilərin daha geniş imkanlara və daha yüksək gəlirə sahib olduğunu düşündüyünü qeyd edib.
“Çox istəyərdim ki, Məhəmməd klarnet ifaçısı yox, müğənni olsun. Mən və bir neçə klarnet ifaçısı normal qazanc əldə edirik. Amma bu sahə çox çətindir, böyük işlər görmək hər zaman mümkün olmur. Cəmi bir neçə nəfər bu sahədə fərqlənə bilir”, – deyə sənətçi bildirib.
O, müğənnilik sahəsində uğur qazananların daha çox qazandığını vurğulayıb və oğlunun bu istiqamətdə istedadlı olacağına inandığını deyib.
“Məhəmmədi fərqli sahələrdə təhsilli edəcəyəm, amma müğənni olmasını istəyirəm. İnanmıram ki, o, pis müğənni olsun”, – deyə Hüseyn Məhəmmədoğlu əlavə edib.
Sənətçi ailədə bəzən oğlunun səsinin olub-olmaması ilə bağlı narahatlıqların səsləndiyini də bildirib. O isə bu fikrə belə cavab verdiyini deyib: “Bəs indiki bəzi müğənnilərin səsi varmı? Yaxşı sənətçilərdən uzaqdır”.//Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.