Bəşəriyyət təbii fəlakət qarşısında acizdir
Son günlər ABŞ-ın ən böyük və ən inkişaf etmiş şəhərlərindən biri olan Nyu-Yorkda müşahidə edilən güclü yağışlar bir daha göstərdi ki, təbiət qarşısında inkişaf səviyyəsi, iqtisadi güc və texnoloji imkanlar hər zaman həlledici üstünlük yaratmır. Şəhərdə intensiv yağıntılar yolların, metro stansiyalarının və aşağı ərazilərin su altında qalmasına səbəb olub, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb, sakinlərə təhlükəsizlik xəbərdarlıqları edilib.
Bu hadisə təkcə ABŞ-a məxsus deyil. Son həftələr Türkiyənin İstanbul şəhərində də qısa müddətdə yağan leysan yağışları küçələri və magistral yolları su altında qoyub, nəqliyyat iflic vəziyyətinə düşüb. Türkiyə meteoroloji xidməti əvvəlcədən xəbərdarlıq etsə də, yağıntının intensivliyi şəhər infrastrukturuna ciddi yük yaradıb.
İtaliyada da son aylarda güclü yağışlar və daşqın təhlükəsi səbəbindən bir sıra regionlarda yüksək səviyyəli hava xəbərdarlıqları elan olunub. Sel və torpaq sürüşməsi riski ilə əlaqədar fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərib.
Əslində, son illərin statistikası göstərir ki, daşqınlar dünyanın ən geniş yayılmış təbii fəlakətlərindən biridir. ABŞ, Almaniya, İtaliya, Fransa, İspaniya, Türkiyə, Çin, Yaponiya kimi inkişaf etmiş ölkələr müasir hidrotexniki qurğulara, güclü meteoroloji xidmətlərə və milyardlarla dollar dəyərində müdafiə infrastrukturuna malik olsalar da, ekstremal yağıntılar zamanı ciddi problemlərlə üzləşirlər. İqlim dəyişiklikləri nəticəsində qısa zaman ərzində normadan dəfələrlə çox yağıntının düşməsi artıq dünyanın müxtəlif bölgələrində adi hala çevrilməkdədir.
Bu baxımdan Azərbaycanda da son günlər intensiv yağışlarla bağlı verilən proqnozlara ciddi yanaşmaq vacibdir. Hava proqnozları təhlükənin qarşısını tam almaq üçün deyil, insanların vaxtında ehtiyat tədbirləri görməsi üçündür. Çünki ən müasir texnologiyalar belə yağışı dayandıra və ya təbiətin gücünü tam nəzarət altına ala bilmir.
Burada mühüm məsələ dövlətin təbii hadisənin özünü dayandırması deyil, onun nəticələrini minimuma endirmək üçün hazırlıqlı olmasıdır ki, Azərbaycan höküməti bu baxımdan əlindən gələni həmişə operativ şəkildə edib. Operativ xilasetmə xidmətləri, riskli ərazilərin müəyyənləşdirilməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi və vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməsi mümkün itkilərin azalmasında əsas rol oynayır.
Bəzən sosial şəbəkələrdə hər hansı daşqın və ya sel hadisəsi baş verən kimi məsuliyyəti tam şəkildə dövlətlərin üzərinə qoymağa, milçəkdən fil düzəltməyə, hər şeyi ancaq mənfi yöndə təqdim etməyə çalışan yanaşmalar müşahidə olunur. Halbuki dünyanın təcrübəsi tamamilə fərqli mənzərə ortaya qoyur. Dünyanın iqtisadi və texnoloji baxımdan ən güclü ölkələri belə leysan yağışları zamanı metro xətlərinin dayanması, yolların bağlanması, yaşayış məntəqələrinin su altında qalması və insanların təxliyəsi kimi hallarla üzləşirlər. Bu, idarəetmənin zəifliyindən daha çox təbiətin ekstremal gücü ilə bağlı reallıqdır.
Təbiət qarşısında heç bir ölkə tam sığortalanmayıb. Mühüm olan riskləri vaxtında qiymətləndirmək, elmi proqnozlara etibar etmək, aidiyyəti qurumların xəbərdarlıqlarına əməl etmək və fövqəladə hallara hazırlıqlı olmaqdır. Çünki təbii fəlakətlərin qarşısını tam almaq mümkün olmasa da, onların insan həyatı və cəmiyyət üçün yaratdığı fəsadları minimuma endirmək məhz hazırlıq, düzgün idarəetmə və vətəndaş məsuliyyəti sayəsində mümkündür.
Xanlar Sətullayev
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İlham Əliyev müşavirə keçirdi
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Laçında bayram ab-havası... - Video + Fotolar
Prezidentin WUF13-dəki çıxışı - Video - Fotolar
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib
Ayanın sinə dekolteli libası - Video 2026-07-07 , 18:27
Tramp əsgərləri türk dilində salamladı - VİDEO 2026-07-07 , 18:25
Prezident 3 fərman imzaladı 2026-07-07 , 18:23
“Ailəli deyiləm, həyatımda da heç kim yoxdur” - VİDEO 2026-07-07 , 18:19
“Kontakt Home”dan aldığı planşet cəmi 20 gün işlədi – Şikayət 2026-07-07 , 18:15
“Ölün rahat olmayacaq, insanlar sizə lənət oxuyacaq” – Tolik - VİDEO 2026-07-07 , 18:10
20 manatlıq bu rüsum ləğv edilir 2026-07-07 , 18:05
Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı 2026-07-07 , 18:04
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu 2026-07-07 , 18:03
Müəllimlərin geyimi ilə bağlı layihə III oxunuşdan keçdi 2026-07-07 , 18:02
Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşıladı - Fotolar 2026-07-07 , 18:00
"Canavar gələcək", "Həkim iynə vuracaq"... - Bu ifadələr uşağın psixologiyasını necə dəyişir? 2026-07-07 , 13:12
Zamiq Hüseynovdan lüks tənbehi: Dəbdəbəli həyat süni görüntüdür 2026-07-07 , 13:09
Nəsrindən bikinili - Fotolar 2026-07-07 , 13:07
Tahir Kərimli: “Gedişhaqqını artırdılar, amma “sürət qatarı” adı ilə istismarda olan qatarlar “tısbağa sürəti” ilə hərəkət edirlər” 2026-07-07 , 12:53
Nigar Fərhad “Arzum”un tərəfini seçdi – İddiaçı tərəfi qınadı 2026-07-07 , 12:44
Şəbnəm Tovuzlunun Pünhanın nişanlısına jesti – VİDEO 2026-07-07 , 12:42
“Əsl güc səs-küydə deyil, sakit inamda gizlidir” - FOTO 2026-07-07 , 12:28
Aparıcı Nərmin: "5 ildir ailəliyəm, ərimin telefonunu 1 dəfə yoxlamamışam" - VİDEO 2026-07-07 , 12:26
Vəhşi fil 14 il bir ailəni təqib edib, onları tapıb və öldürüb 2026-07-07 , 12:24
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir” - VİDEO 2026-07-07 , 12:14
Prezident Stiv Deynsi qəbul etdi - FOTO 2026-07-07 , 12:12
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi 2026-07-07 , 12:11
Autizmli uşağı parodiya edən aktyor tənqid olundu: “Bilərəkdən olmayıb” - VİDEO 2026-07-07 , 11:54
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE 2026-07-07 , 11:53
Səhiyyə nazirinə yeni müavin təyin edildi - Sərəncam - FOTO 2026-07-07 , 11:52
"Yaxşı deyiləm, mənə həkim lazımdır" 2026-07-06 , 19:34
“Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirildi 2026-07-06 , 17:24
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? - DOSYE 2026-07-06 , 16:48
Qəzada yerimə qabiliyyətini itirən müğənni yeriməyə başladı - VİDEO 2026-07-06 , 16:44
Vəfanın geyimi lağ obyektinə çevrildi: “İran konfetinə oxşayır” - VİDEO 2026-07-06 , 16:35
"Dünyanın ən bahalı qəhvəsini içirəm" - heyvan nəcisindən əldə edilir - VİDEO 2026-07-06 , 16:24
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı 2026-07-06 , 16:12
81 yaşlı Türkan Şoray çimərlikdə – FOTOLAR 2026-07-06 , 16:11
Tarkanın yeni görünüşü gündəm oldu - FOTO 2026-07-06 , 16:08
"Saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi" 2026-07-06 , 16:04
Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi 2026-07-06 , 16:01
Hüseyn yenidən ata oldu - VİDEO 2026-07-06 , 15:48
Xameneini biz öldürdük - Katz 2026-07-06 , 15:42
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz" 2026-07-06 , 15:40
İlham Əliyev Malavi prezidentini təbrik edtdi 2026-07-06 , 15:36
Trampdan İlham Əliyevə xüsusi dəvət 2026-07-06 , 15:35
"Arzum" yenidən hakim qarşısına çıxarılacaq 2026-07-06 , 15:34
Amalın bacısı danışdı: "Qapıma gəlməyin" 2026-07-06 , 15:27
Azərbaycan G20 Sammitində iştirak edəcək: Trampdan İlham Əliyevə özəl dəvət 2026-07-06 , 15:12
Tarakanlar, naztəmizlik, dözülməz şərait - Sumqayıtdan ŞİKAYƏT 2026-07-05 , 13:18