Yenilik.Az
www.Yenilik.Az » Dünya » Xameneini biz öldürdük - Katz

Xameneini biz öldürdük - Katz

Xameneini biz öldürdük - Katz
2026-07-06 , 15:42

Hazırda dəfn mərasimi keçirilən İranın keçmiş ali dini lideri Əli Xamenei İsraili məhv etməyə yönəlmiş planı hazırlayıb və ona rəhbərlik etdiyi üçün hədəfə alınıb.

Yenilik.az Axar.az-a istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

Onun sözlərinə görə, İsraili məhv etməyi planlaşdıran istənilən İran lideri öldürüləcək:

“İsrail istənilən vaxt və istənilən təhdidə qarşı özünü müdafiə etməyə hazırdır, hərbi qurum isə bütün mümkün ssenarilər üzrə tam hazırlıq vəziyyətindədir. Baş nazir Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə İrana qarşı həyata keçirilən genişmiqyaslı əməliyyat İsrail üçün mövcudluq təhdidlərini aradan qaldırıb və İranın hərbi imkanlarına ciddi zərbə vurub”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.