Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Kişilər də estetik etdirsin, amma dodağa gel vurdurmasın" - VİDEO

"Kişilər də estetik etdirsin, amma dodağa gel vurdurmasın" - VİDEO

2026-07-03 , 16:38

Müğənni İzzət Bağırov kişilərin plastik əməliyyat etdirməsi haqda danışıb.

Sənətçi bu barədə "Zarafat bir yana" verilişində sualları cavablandırıb.
O bildirib ki, kişilərin də estetik prosedurlara müraciət etməsinə normal baxır:
"Hamı şou-biznesi nəzərdə tutur. Bilirsiniz, real həyatda yaşayan insanların 90 faizi plastik əməliyyat etdirib. İş adamı var saçını rəngləyir, saç əkdirir, burnunu, gözünü, çənəsini əməliyyat etdirir. İnsan üzünü, bədən quruluşunu bəyənmirsə, gedib düzəltdirir. Məndə belə bir əməliyyat olmayıb, amma buna pis də baxmıram.
Biz əvvəl nənə və nəvəni ağ saç, əlində əsa təsəvvür edirdik. Bu gün elə olur ki, nənə nəvədən cavan görünür. Gedib müxtəlif prosedurlar etdirirlər, botoks vururlar. Eləcə də kişilər. Sadəcə, bəziləri bunu şişirdir. Dodağa gel vurulmasını qəbul etmirəm. Burun isə insanın ən həssas yeridir. Kim nə istəyirsə, edir. Mən kiməsə məsləhət verən deyiləm". (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.