Yenilik.Az
www.Yenilik.Az » Dünya » Sükansız və əyləcsiz avtomobilin sınağından video paylaşdı

Sükansız və əyləcsiz avtomobilin sınağından video paylaşdı

Sükansız və əyləcsiz avtomobilin sınağından video paylaşdı
2026-07-02 , 08:43

ABŞ-nin “Tesla” şirkəti sürücüsüz və əyləcsiz “Tesla Cybercab” avtomobilinin seriyalı versiyasının sınağını həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, “Tesla”nın rəhbəri İlon Mask “X” sosial şəbəkəsindəki hesabında sınaq prosesinin görüntülərini paylaşıb. 
Texas ştatının Ostin şəhərində keçirilən sınaqlarda sərnişin oturacağında təhlükəsizliyə nəzarət edən əməkdaşın əyləşdiyi əks olunub. 
Qeyd edək ki, “Cybercab” avbtomobilinin təqdimatı təxminən iki il əvvəl baş tutub. Bu avtomobil “Tesla”nın mobil tətbiqi vasitəsilə çağırılan tam avtonom robotaksi kimi xarakterizə olunur. 
Son həftələrdə “Tesla” ABŞ-nin bir neçə şəhərində sükan və pedallı “Cybercab” prototiplərini sınaqdan keçirib, həmçinin yüzlərlə belə avtomobili parkinqlərdə yerləşdirib ki, bu da genişmiqyaslı robotaksi şəbəkəsinin tezliklə işə salınacağı ehtimallarını gücləndirib.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.