Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - FOTO

Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - FOTO

Nazilə Səfərli izləyicisini polisə verdi:
2026-07-01 , 07:37

Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli sosial şəbəkədə etdiyi paylaşımla diqqət mərkəzinə düşüb.

Sənətçi onu təhqir edən sosial şəbəkə istifadəçisi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, həmin şəxs polisə şikayət edildiyini öyrəndikdən sonra qorxuya düşərək sosial media hesabını silib.
Nazilə paylaşımında bu sözləri yazıb:
"Mən sizin üçün Arzum deyiləm. Bildi ki, polisə verirəm, qorxudan səhifəsini sildi. Bilmir ki, saxta profil də olsa, tapılacaq".
Şairənin bu açıqlaması qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilərin bir qismi onun hüquqlarını müdafiə etmək üçün atdığı addımı dəstəkləyib, digərləri isə məsələ ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.