“Oğlumun "qan pulu"nu yeyə bilərmi?” – Şəhid anasının 30 mini mənimsənilib?
Vətən Müharibəsi şəhidi Kamran Qasımovun anası Nailə Qasımova dələduzluqla üzləşdiyini iddia edir.
Bakupost.az-a danışan şəhid anasının sözlərinə görə, Ülkər Şahverdi qızı Əzizova onu aldadaraq ümumilikdə 30 min manatını ələ keçirib. Belə ki, həmin şəxs Kamran Qasımovun adını özünə məxsus uşaq bağçalarından birinə verəcəyini deyərək onun inamını qazanıb.
Nailə Qasımova bildirir ki, 2024-cü ilin yanvarında bir tədbirdə tanış olduqları Ü.Əzizova sonradan onların evində şəhidin xatirəsinə yaradılmış muzeyi ziyarət edərək özünü etibarlı şəxs kimi təqdim edib:
“Dedi ki, Xankəndidə bağça açıb, ora general Polad Həşimovun adını verib, açılışda yüksək vəzifəli şəxslər iştirak edib. Bizi bu cür inandırdı. Sonradan məlum oldu ki, bunların hamısı yalandır”.
Şəhid anasının sözlərinə görə, Ü.Əzizova sonradan başqa bir bağçaya Kamran Qasımovun adını vermək istədiyini və guya açılış üçün depozitdəki vəsaiti çıxarmağa məbləğin çatmadığını bildirərək kömək istəyib:
“Mən bankdan 5 min 300 manat götürdüm, əlavə olaraq qohum və tanışlardan borc alaraq ümumilikdə 12 min manat pul verdim. Generalın adını çəkdiyi üçün ona inandım”.
Zərərçəkmiş bildirir ki, həmin şəxs sonradan başqa vədlərlə yenidən pul toplamağa başlayıb:
“Guya tanışlıqla tələbələrin kəsirlərini sildirə bilirmiş. Bu bəhanə ilə mənim vasitəmlə ətrafımdan minlərlə manat əlavə pul yığdı. Beləliklə, ümumi məbləğ 30 min manata çatdı”.
Nailə Qasımova deyir ki, məbləğin 5 min manatı Sabunçu polisi tərəfindən alınaraq geri qaytarılıb, qalan 25 min manat isə hələ də ödənilməyib. Onun sözlərinə görə, faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Şəhid anası əlavə edib ki, itirilən vəsaitin böyük hissəsi Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhid övladı üçün fonddan ayrılmış pul olub:
“Bu insan mənim uşağımın "qan pulu"nu yeyə bilərmi? Belə insanlar şəhid ailələrinə yaxınlaşıb dələduzluq edirlər. Biz artıq kimə inanaq?”.
Onun sözlərinə görə, qarşı tərəfin yaxınları da pulu qaytaracaqlarını vəd etsələr də, bu günə qədər ödəniş edilməyib.
“Qohumları bir neçə ay möhlət istədilər, amma sonra vəkil tutub onu həbsdən çıxardılar. İndi isə mənə şərt qoyurlar ki, şikayətdən imtina edim və 25 min manatın əvəzinə 1500 manat alım”, - N.Qasımova iddia edib.
Sözügedən iddialarla bağlı suallarımızı cavablandıran Ülkər Əzizova Bakupost.az-a bildirib ki, hazırda məsələ üzrə iş istintaqdadır və səsləndirilən fikirlər doğru deyil:
“Nailə xanımla birlikdə bağça açmaq barədə qərar verdik. O, təmir işləri ilə bağlı həm şərik, həm də işçi kimi mənə kömək edib. Sənədləşmə işləri gecikdiyi üçün isə vəsaiti məndən geri tələb etdi. Vəsait xərcləndiyindən ona hissə-hissə qaytarmağı təklif etdim. Daha sonra aramızda problem yarandı və məni şikayət etdi. Bu səbəbdən saxlanıldım. İndi məhkəmə qərarı ilə azad edilmişəm.
Borcun yarısı - 5 min qaytarılıb, əlavə olaraq 700 və 800 manat ödənişlər edilib. İndi 5 min manat da borcumuz qalıb. Nailə xanım ödənişlərini almaq üçün dəvət edilsə də, o, gəlmir".
Onkoloji xəstə olduğunu deyən Əzizova bildirdi ki, bu müddətdə xeyli stress və gərginlik keçirib:
“Bilmirəm Nailə xanım nə istəyir. Mən ondan heç vaxt istifadə etməmişəm. Şəhid anasıdır, hörmət edirik. Nəvəsi Kamran doğulanda biz də iştirak etmişik, xonçalarla getmişik. 8 Mart və Yeni il kimi günlərdə analar üçün tədbirlər keçirir, onlara hədiyyələr təqdim edirdik. Mən heç vaxt onlardan sui-istifadə etməmişəm. Mənə məxsus bağçada bütün vergi öhdəlikləri də yerinə yetirirəm”.
Qeyd edək ki, Kamran Qasımov Vətən Müharibəsi zamanı, oktyabrın 27-də Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazandı - SİYAHI
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Seçki günü şəhid anasını “danışdıran” məkr - “Meydan TV” niyə belə edir?
20 Yanvarda Moskvaya qaçan nazir öz müavininə zəng edib deyir ki...
İlham Əliyev müşavirə keçirdi
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Bakıda Zəfər muzeyinin açılışı oldu – FOTOLAR
Psixoloq: "Bağça uşaqlara üç yaşından sonra lazım olur"
Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - FOTO 2026-07-01 , 07:37
Rəqsanənin qızından gözlənilməz addım: Adını dəyişdirdi - FOTO 2026-07-01 , 07:36
Rəqqasənin yeniyetmə oğlu maşın sürdü – VİDEO 2026-07-01 , 07:29
“İsraillə münasibətimizi kimə görəsə pozmamalıyıq” – Tofiq Abbasov 2026-07-01 , 07:26
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - FOTO 2026-07-01 , 07:19
İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı – VİDEO 2026-07-01 , 07:17
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama 2026-07-01 , 07:15
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar 2026-07-01 , 07:14
Serialdan sonra sevgili oldular 2026-07-01 , 07:13
Qardaşlıq sınağa çəkiləndə - AŞPA-da niyə susdunuz? 2026-07-01 , 07:12
Yaxın Şərqdəki tarixi mənzərədən - Türkiyə necə nəticə çıxaracaq?
Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video 2026-07-01 , 07:10
“1xBet” vasitəsilə qanunsuz mərc oyunları təşkil edənlər tutuldu - KMBİ-dən əməliyyat 2026-07-01 , 07:09
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - Fotola 2026-07-01 , 07:08
"Süni intellekti bilən müəllimlər yetişdirilməlidir" 2026-07-01 , 07:06
Şou-biznesin “avtoritet”i səhnədə özünü biabır etdi - VİDEO 2026-07-01 , 07:03
Şeyxin qızı 20 il sonra torpaq sahəsini əsl sahibinə qaytardı 2026-06-30 , 22:17
Tamștatlı müəllimlər sertifikasiya olunmayacaq - Nazir 2026-06-30 , 14:26
“Nəticədə bir yaxşı müəllim azalır, bir pis direktor artır” 2026-06-30 , 14:21
Mehriban Əliyevanın sədrliyi ilə RİŞ-nin ilk iclası keçirildi 2026-06-30 , 07:19
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar 2026-06-29 , 20:30
"Verilişlərdəki ekspertlər xalqın düşmənidir" - Video 2026-06-29 , 18:36
Misir Mərdanov məktəblərdə telefon qadağası haqda danışdı 2026-06-29 , 18:33
Həbibbəyli məsələsinə Cəlaloğlunun reaksiyası: “Orta səviyyəli alimdir” 2026-06-29 , 18:30
Aparıcı Nigar Fərhadın şirkəti vətəndaşın pulunu mənimsəyib – Foto 2026-06-29 , 18:28
Leyla və Alena Əliyevalar festivalda - Fotolar 2026-06-29 , 17:47
Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO 2026-06-29 , 17:45
“Taşfırın”da dönərçidən xadiməyə qarşı - Cinayət 2026-06-29 , 17:42
"Həyat belədir, ən yaxın adamın da sənə bunu edir" - VİDEO 2026-06-29 , 17:41
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO 2026-06-29 , 17:39
Prezident 2 fərman imzaladı 2026-06-29 , 17:38
“100 minə görə 4 balamı anasız qoyursunuz”-VİDEO 2026-06-28 , 20:40
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO 2026-06-28 , 20:38
Skandal açıqlama - Nura Suri blogerləri yerə vurdu 2026-06-28 , 20:37
Vatikan da dözmədi, dözmədi, bu dəfəki növbəti İsaya! 2026-06-28 , 20:36
“Yuxu kimi” serialından sonra mənə təzyiqlər oldu, teatra gəlirdilər, bezib usanmışdım ki...” - FOTO 2026-06-28 , 20:35
AQTA “VATA” MMC-ni qalib etdi – Şirkətin borcu da varmış 2026-06-28 , 20:31
“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani 2026-06-28 , 20:31
"Sənətə gəlişimi ona borcluyam" 2026-06-28 , 20:30
Rüfət Axundovun oğlu ilə "gilas" davası - VİDEO 2026-06-28 , 20:28
"İsa Həbibbəyli, bu görüntülərdən sonra istefa verib getməlisən!" – Qənirə Ataşdan sərt çağırış 2026-06-28 , 20:27
İsrail hökuməti “ erməni soyqırımı”na səs verdi 2026-06-28 , 20:19
3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı 2026-06-28 , 20:16
Sumqayıtın küçələri gecələr qaranlığa qərq olur 2026-06-28 , 20:14
Masonların Bakıda gizli toplantısı: Kritik qərarlar verildi – FOTO 2026-06-28 , 20:13