Yenilik.Az
www.Yenilik.Az » Rəsmi »   Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

 

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

 

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
2026-06-29 , 22:00

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb.

Yenilik.az xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib.
O, Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verib, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb.
“Mygov” platformasının xidmət dairəsinin genişləndirildiyi, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirib.
Nazir fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, “mygov” və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.