Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Sənətə gəlişimi ona borcluyam"

"Sənətə gəlişimi ona borcluyam"

2026-06-28 , 20:30

"Anama minnətdaram ki, məni və 3 bacımı böyütdü. Hamımızı evlə təmin etdi. 15 yaşım olarkən atam şəhid olub. Anam əziyyətimizi çəkib".

Bu sözləri Əməkdar artist Təyyar Bayramov "Mədəni şou"da deyib.

Xanəndə ailəsindən və sənətə gəlişindən danışaraq anasına və ustadına minnətdarlığını bildirib:

"Sənət həyatımda isə ustadım Mənsum İbrahimova borcluyam. Həyatda yaxşı insanlar var ki, qarşımıza çıxır. Amma hər şeyin səbəbkarı, yaşama səbəbim, gözümün nuru anamdır. Məni sənətə də anam gətirib. Məndən xəbərsiz Mənsum müəllimin yanına gedib və deyib ki, istedadlı oğlum var. Uşaq deyil, yaşı da var. Sənətə gəlişim onların adı ilə bağlıdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.