"Taksidə çalışdım, montyor, qarovulçu işlədim..."
“Səhnədə mənim yanımda həmişə musiqiçilər olub. İndi burada tək-tənha dayanmışam, bu, mənim üçün həddən artıq çətindir. Hər işin öz çətinliyi var, eləcə də bu işin. Düzü, gələndə bir az tərəddüd edirdim. Mənimki odur ki, bir-iki mahnı oxuyub gedim. Amma qismət oldu ki, bu gözəl uşaqların nurlu sifətini görürəm...” Görkəmli xanəndə, Xalq artisti Alim Qasımovun “Məktəbdə” görüşü yağışlı, tufanlı havaya təsadüf etdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsinin qonağının zəhmət və istedaddan doğan həyat hekayəsi İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın kollektivi üçün layiqli örnək oldu.
“Məktəb illərim yadıma düşdü. Məktəbə gələndə bizə əvvəl idman elətdirir, sonra sinfə buraxırdılar” - deyə Alim Qasımov xatırladı: “Biz sizin kimi təmirli, müasir məktəbdə oxumamışıq. Şamaxı rayonunun Nabur kəndindəki məktəbdə oxumuşam. Məktəbimiz kənd tipli olub. Amma şagird şagirddir, müəllimləri görəndə biz də ayağa qalxırdıq. Aramızda yaxşı oxuyanlar da vardı. Mən bir az şuluq uşaq olmuşam, oxuyub-yazmağım da yaxşı deyildi. Uşaqlıq dövrü idi, düz hərəkət etməyəndə müəllimlərdən bir-iki yaxşı şillə də yemişəm. Nəğmə dərsindən “5” alırdım. Ədəbiyyat dərsi olanda sevinirdim ki, şeiri əzbərləyib “5” alım. O biri dərslərdən “3” verirdilər. İndi etiraf edirəm, yaxşı şagird olmamışam. Uşaqlıqda yüngülvarı səsim vardı. Elə o vaxtdan başlayaraq indiyə qədər oxuyuram. Məktəb illərində tədbirlərdə çıxış edirdim. Müəllimlər də mənə qiymət yazırdılar. Amma şərt instituta daxil olmaq və “5” almaq deyil. Şərt odur ki, Allah verən qabiliyyətin üstünə bir az da elm əlavə edəsən. Cəbri, hesabı bilmək lazımdır, çünki həyat bunları sizdən istəyəcək. Mənim kimi “savadsız” olmaqdansa, oxumağınız məsləhətdir. Vacib deyil professor olasan, amma hansı işin qulpundan yapışacaqsansa, bu gün qazandığınız elm sizə mütləq orada lazım olacaq. Heç olmasa, buna görə oxumalısınız...”
Xanəndə dünyada tanıtdığı muğamımızın fəlsəfəsindən danışaraq “bu musiqiyə qulaq asanda insanı təmizliyə aparır, dinləyicinin əhval-ruhiyyəsi düzəlir” dedi: “Ölkəsindən, dilindən və məzhəbindən asılı olmayaraq bu musiqi qəlbə toxuna bilir. Bu, ilahi bir musiqidir. Hərdənbir adam darıxır. Baxırsan ki, hər şey, iş-güc normaldır, amma darıxırsan. Musiqiyə, gözəl bir səsə qulaq asırsan və görürsən ki, rahatlaşdın. Şairlər deyən kimi - musiqi doğrudan da ruhun qidasıdır. Bizim ifaçılar və musiqiçilər dünyanın hər bir yerində konsertlərdə oxuyurlar. Həmin auditoriyalarda onların nə dilini, nə sözlərini bilirlər, amma musiqinin ahəngi dinləyənləri başqa aləmə aparır. Özüm bunun çox şahidi olmuşam. Dünyanın 70-80 faiz ölkəsində konsertlər vermişik. Konsertdən sonra ağlaya-ağlaya bizə yaxınlaşanları görmüşük”. Muğam ifaçısı bir xatirəsini də danışdı: “Xaricdə konsertlərin birində ifamızdan sonra bir qadın yaxınlaşıb nəsə dedi. Gördü ki, mən dili bilmirəm, salfetin üstündə ulduz şəkilləri çəkdi. Yəni sizin musiqiniz bizi göylərə apardı. Musiqinin dili yoxdur, birbaşa ruha qida verir. Dərs oxumaqla bərabər, xalq musiqisinə, muğamlara qulaq asın ki, mənəviyyatınız qidalansın. İndiki yüngül musiqilərlə oynaya bilərsiniz, amma dinləmək üçün özünüzü xalq mahnılarına, ağır musiqilərə kökləyin, çünki bu musiqilərdə mənəviyyat var. Bu musiqi insanı düşündürür. Muğam demək olar ki, musiqilərin ağsaqqalıdır”.
“Çox adam muğam oxuyur, amma hər xanəndə muğamın Alimi ola bilmir...” fikirləri isə xanəndəyə keçmiş günlərini xatırlatdı: “Mən fəhlə işlədim. Kənddə kəndlilər nə iş görürsə, onların hamısını gördüm. Sonra taksidə çalışdım, montyor, qarovulçu işlədim. Evləndim, bir uşağımız da dünyaya gəldi. Əlimdən isə heç bir iş gəlmirdi. Bir az sürücülük bacarırdım. Mənə bir köhnə “Moskviç” maşını verdilər. Hər gün o maşının altına yıxılıb o hissəsini-bu hissəsini düzəldirdim. Sahibi də deyirdi ki, pul qazan mənə də ver. Deyirdim, “ay qardaş, bu heç özü yerimir, mən bununla pulu necə qazanım?” Bir gün qardaşıma verdim ki, aparıb maşını təhvil versin. Ondan sonra bekar qaldım. Amma toyda-mağarda oxuyurdum. Kim eşidirdisə “get bu sənətin dalıyca” deyirdi. Atamın da yaxşı səsi vardı, zurnanın müşayiəti ilə oxuyurdu. Qayınanam bir az dünyagörüşlü xanım idi. İşsiz olduğumu görüb Səyavuş Aslandan xahiş edib ki, bunu mütləq Asəf Zeynallı adına Musiqi Məktəbinə düzəlt. O da Vasif Adıgözəlovdan xahiş edir. Məni o məktəbə qəbul etdilər. Sinfə gəldim, gördüm burada elə güclü səslər var. “Mən bura gəldim ki, bir tikə çörək pulu qazanım, bunların yanında pul qazana bilərəm?” - deyə naümid gəlib-getdim. Sonra “daha getmək istəmirəm” deyə evdə bildirəndə “döz, camaata nə deyərik?” söylədilər. Sonra məni məktəbdə müsabiqəyə yazdılar. O vaxtdan öz üzərimdə işləməyə başladım, qəzəlləri təkrar-təkrar öyrəndim. Müsabiqədən çıxan hər kəs dedi ki, birinci yer sənindir. Sonra doğrudan da ciddi məşğul olmağa başladım. Səs çox güclü ola bilər və hamıda da səs ola bilər. Amma səsin şirinliyi bir balaca Allah tərəfindən verilməlidir. Səsin şirinliyi olandan sonra onun üzərinə hansı musiqini əlavə eləsən insanların qəlbinə yol tapır. Bizim çox şirin səsli xanəndələrimiz var. Onların səsini eşitdikcə kim olduqlarını dərhal bilirik. Mən çox çalışqan oldum. Gördüm ki, səslərinə heyran olduğum tələbələr əllərində dəftərdən oxuyur. Mən həmin dəftəri onlardan qabaq öyrənib oxudum. Çox əziyyət çəkdim. Keçmiş xanəndələrə, köhnə plastinkalara qulaq asmağa başladım. Başa düşdüm ki, hər şeyin önündə zəhmət durur. Sənət ağır olduğu üçün sənətdir. İnsanı şərəfləndirən onun zəhmətidir. Hansı sahədə olursan ol, mütləq zəhmət çəkib onun peşəkarından olmalısan. Ürəklə çalışanda, zəhmət çəkəndə Allah o əziyyətin mükafatını verir...”
Xanəndə muğam sənətinin çətinliyindən də danışdı: “Bu sənət çox əziyyətli və çətindir. Düzdür, şərafəti var, amma bu şərafətin arxasında nə qədər zülm, həyəcan, qorxu var. Bunu bir Allah, bir də onu çəkən bilir. Bir imtahan verib bir yerə qəbul olursan, amma bizim sənətin hər anı imtahandır. Hər səhnəyə çıxanda imtahan verirsən. Mən 40 ildir oxuyuram, deyirəm “yenə imtahan?” Çünki tamaşaçı gəlib həmişə sənin ifandan zövq aldığı anı yaşamaq istəyir. Hər çıxışım mənim üçün imtahandır. Xanəndəlik odur ki, mütləq xalqın imtahanından keçməlisən. Tarix özü hər bir sənətkarı seçir və yadda saxlayır”.
A.Qasımov ifaçıya ilham verən məqamlardan da danışdı: “Uşaqlıqda, cavanlıqda oxuyursan, tədricən sənətkar olursan. Müəllim öyrədir, oxuyursan, tədbirlərdə, toylarda, konsertlərdə çıxış edirsən. Bir az dərinə gedəndə, o sənətlə ki səndə həmahəng bir əhval-ruhiyyə yaranır - onda tamaşaçı da yadından çıxır, sənət də bir yanda olur. İki qanadlı bir quş kimi - həm sənətin, həm istedadın uçur və mütləq ilham alırsan. İnsan özündən zövq almasa, sənət uzağa getməz. Yaratdığın sənət ilk növbədə özünə zövq verməlidir. Mən artıq “tamaşaçılar qulaq asdılar-asmadılar, razıdırlar-razı deyillər” məqamını keçmişəm. Artıq özüm üçün oxuyuram. Əgər orada bir hal yaşamışamsa, xoşbəxt olub gedirəm. O anı tutmamışamsa, demək yaşamamışam. Onda özümü pis hiss edirəm. Əsas odur ki, ilham almağa Allahımız var. “Məni bu məqamdan şərəfli çıxar”, - deyə Allaha yalvara-yalvara sənətinə davam edirsən...”
Xanəndə xalça üzərində oxuması ilə bağlı “Alimin ruh halı, yoxsa imici” kimi tamaşaçıları maraqlandıran suala da aydınlıq gətirdi: “Mən heç vaxt heç kimdən məsləhət almamışam, heç kim də mənə məsləhət verməyib. Bir taxta parçası kimi axan çayın üzərinə düşmüşəm. O çay məni o dağ-daşa, dərələrə vura-vura gətirib hazırda bura çıxarıb. Yerdə oturub oxumağımız Fransanın bir şəhərində baş tutan konsertdən başladı. Gəlib gördük ki, səhnədə yerdə xalça səriblər. “Şərqdən gələn musiqiçilər yerdə oturur” deyə düşünüblər. Əvvəlcə xoşumuza gəlmədi, həmişəki kimi stulda oturmaq istədiyimizi bildirdik. Onlar stul arxasınca gedəndə “gəlin, oturub yoxlayaq”, - deyə musiqiçilərimə dedim. Gördüm ki, xalça üzərində oturmaq çox rahatdır. Tar-kaman ifaçıları da razı qaldılar. O gündən yerdə oturduq. Xalçanın üzərindən bizi göyə qaldıranda ağladım ki, şükür sənə, ya rəbbim, biz yerdə - xalçanın üzərində otururduq, sən bizi göyə qaldırdın!”
Xanəndə Şuşada, Cıdır düzündə oxumasını qürurla xatırladı: “Şuşada oxuyanda istər-istəməz gözümüzdən yaş da gəldi. İllərdir deyirdik ki, Qarabağ, Şuşa alınsın, orada konsertlər verək. Şükür Allaha ki, o torpaqlarda konsertlər, tədbirlər, festivallar keçirilir. Təklif var ki, yaxınlarda keçiriləcək festivalda yenə oxuyaq. Həmişə vətənimiz bütöv, xalqımız da xoşbəxt olsun!”
Xanəndə hazırkı gənclərin zövqü məsələsinə də toxundu: “Yoldan keçəndə, küçə-bacada gənclərin mənə ehtiramını görəndə başa düşürəm ki, cavanlar musiqiyə, sənət adamlarına hörmət edirlər. Bir çox konsertlərdə də cavanları görmüşəm. Düzdür, muğam, qəzəllər çox ağır janrdır, ancaq əgər qəlbinə yatırsa, demək, başa düşürsən. Əsas qəlbə yatmaqdır. Hansı musiqi sənin qəlbini şad edir, könlünü açırsa, demək ciddi musiqidir. Ona görə dinləmək üçün istər dünya, istər Azərbaycanın ciddi musiqisinə özünüzü kökləmək lazımdır”.
Xanəndə gənclərə tövsiyəsini də əsirgəmədi: “Hansı sahədə olsanız, əziyyətiniz bir gün əlinizdən tutacaq. Həyatda əziyyətlər çəkməmək üçün pis əməllərdən uzaq olmalısınız. Müəllimlərinizi, valideynlərinizi dinləmək mütləq lazımdır. Kim elm yolunu tutursa, yolu açıq olsun. Həmçinin çox əhəmiyyətli sənətlər də var. Kim zəhmət çəkəcəksə, ürəkdən zövq alıb işə başlayacaqsa, orada həmişə şərəfli də olacaq, ruzisi də olacaq”. Xanəndə “indiki dövrdə mobil telefonlar, sosial şəbəkələr insanları bir az özündən ayırıb”, - deyə narahatlığını da bildirdi: “Mənim də telefonda bildiyim qəzəllər var. Elə bilirəm ki, o qəzəlləri əzbərdən bilirəm, amma görürəm ki, bilmirəm. Bu, bir az adamı oxumaqdan yayındırır. Ümid olursan ki, internetdə yazacaqsan, çıxacaq. Bu, bir tərəfdən yaxşıdır, amma oxumaq, öyrənmək öz beyninizlə olmalıdır. Texnologiyalardan çox asılı olmamalı, arzuladığınız sənətin dərinliyinə getməlisiniz”.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi məktəblər istifadəyə verildi - Fotolar
Mirzə Babayevin nəvəsi: "Brilliant Dadaşova babamdan istifadə edirdi"
"Yazıçı cəmiyyətin, mənsub olduğu xalqın güzgüsüdür" - Hüseynbala Mirələmov
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Azərbaycanda yeni rayon YARADILDI
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
“Toylara getsəydim, evimin divarları qızıldan idi” - Mübariz Tağıyev
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
İşdən çıxarılan Əhəd Abıyevin əmlaklarının ŞOK SİYAHISI
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05