Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO

"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO

2026-07-18 , 16:48

Aparıcı Şəbnəm Naibli ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərlə yenidən diqqət mərkəzinə düşüb.

Yenilik.az Milli.az-a istinadən xəbər verir ki, teleaparıcı açıqlamasında ailə institutundan, qadın və kişinin münasibətlərindən danışaraq bəzi qadınları sərt tənqid edib.

Şəbnəm Naibli bildirib ki, ailəsində və övladları ilə xoşbəxt olan, eyni zamanda həyat yoldaşı tərəfindən dəstəklənən qadınların başqa həyat axtarmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, bəzi qadınlar isə mövcud həyat tərzi ilə razılaşmır və daha fərqli həyat yaşamaq istədikləri üçün ailələrini dağıdırlar.

Aparıcı iddia edib ki, yaxşı həyat yoldaşı olduğu halda ailəsini tərk edən qadınların seçimləri və davranışları cəmiyyətdə müxtəlif suallar doğurur. O, ailəsini dolandırmaq üçün çalışan kişinin əməyinə dəyər verilməsinin vacibliyini də vurğulayıb.

Şəbnəm Naibli qeyd edib ki, kişinin gün ərzində çəkdiyi zəhmət nəzərə alınmalı, ailədə qarşılıqlı anlayış və hörmət qorunmalıdır. Bununla yanaşı, o bildirib ki, qadına yalnız maddi təminat vermək kifayət deyil. Onun sözlərinə görə, sevən qadın üçün diqqət, qayğı və mənəvi dəstək hər zaman daha önəmlidir.

Teleaparıcının bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər açıqlamalarla bağlı fərqli mövqelər sərgiləyərək çoxsaylı rəylər yazıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.