Vəfat edən əsgərlə bağllı məhkəmə - ciddi səhlənkarlıq faktları açıqlandı
Bakı Hərbi Məhkəməsində cəmi 1 ay xidmət etdikdən sonra həyatını itirən əsgər Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırması davam edir. Məhkəmə zalında səslənən faktlar göstərir ki, gənc əsgərin ölümünə aparan yol təkcə ağır xəstəlikdən deyil, ard-arda baş verən səhlənkarlıq və məsuliyyətsizlik zəncirindən keçib.
Məhkəmə zalında danışan valideynlərin sözləri isə hər kəsi sarsıdıb.
“Biz övladımızı dövlətə, Vətənə əmanət etmişdik. Bir ay sonra onu tabutda geri aldıq. Ən ağır məqam isə budur ki, onun həyatını xilas etmək mümkün idi”, - deyə mərhumun atası Sadiq İsayev bildirib.
Cinayət işinin materiallarına görə, Fariz İsazadə hələ Bakıdakı hərbi hissədə xidmət etdiyi günlərdən ağır respirator infeksiya əlamətlərindən əziyyət çəkib. Yüksək hərarət, güclü öskürək, halsızlıq və nəfəsalma problemləri ilə dəfələrlə tibb məntəqəsinə müraciət etsə də, ona yalnız səthi baxış keçirilib və xidmətə qaytarılıb.
Məhkəmədə açıqlanan sənədlər göstərir ki, əsgər mayın 6-da və 9-da sanitar hissəyə müraciət edib. Hətta vəziyyəti o qədər ağır olub ki, mayın 10-da keçirilən andiçmə mərasimində iştirak edə bilməyib.
Buna baxmayaraq, həmin gün şəxsi heyətin bölgüsü zamanı o, "xidmətə yararlı" hesab edilərək Quba rayonundakı hərbi hissəyə göndərilib.
Valideynlərin fikrincə, məhz bu qərar faciənin dönüş nöqtəsi olub.
Hospital 10 dəqiqəlik məsafədə olsa da...
Qubaya çatdıqdan sonra əsgərin vəziyyəti daha da pisləşib. Nəhayət, mayın 11-də hospitala yerləşdirilsə də, artıq gec olub.
Məhkəmə materiallarında göstərilir ki, həmin vaxt Fariz İsazadədə ağır pnevmoniya, infeksion-toksiki şok, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib.
O, Quba Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq vəfat edib.
İş üzrə diqqət çəkən məqamlardan biri də budur ki, hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafə olub. Lakin pnevmoniya əlamətləri göstərən əsgər vaxtında hospitala göndərilməyib.
İttihama görə, tibb leytenantı Vaqif Məmmədov xəstənin arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini tam yoxlamadan onu yenidən xidmət yerinə göndərib.
Zərərçəkmiş tərəf bildirir ki, həkim həm tibb xidmətinin rəisi, həm də sanitar hissənin rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirməyib.
Məhkəmədə daha bir narahatedici fakt açıqlanıb. Əsgərin xidmət etdiyi hərbi hissənin tibb məntəqəsində növbətçilik peşəkar həkimə deyil, tibbi təhsili olmayan sanitara həvalə olunub. Bu isə kritik vəziyyətdə düzgün tibbi qərarın verilməsini mümkünsüz edib.
Fariz İsazadənin ölümü ilə bağlı daha əvvəl də bir cinayət işi araşdırılıb və həmin iş üzrə Sadıq Zeynalovla İlqar Abdullayev məhkəmə qarşısına çıxarılıblar.
Sadiq İsayev ölkə rəhbərliyinə müraciət edərək oğlunun ölümünün bütün təfərrüatlarının araşdırılmasını, hadisəyə görə məsuliyyət daşıyan hər kəsin qanun qarşısında cavab verməsini istəyib.
Fariz İsazadənin işi üzrə məhkəmə araşdırmaları davam edir. Sabah, iyunun 24-nə təyin olunmuş prosesdə tibbi sənədlərin, ekspert rəylərinin və vəzifəli şəxslərin məsuliyyət dərəcəsinin daha ətraflı araşdırılacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
İlham Əliyev müşavirə keçirdi
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Nəcməddin Sadıkov barəsində araşdırmalara başlanıldı
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu - FOTO 2026-06-24 , 15:34
Bağlanan verilişlər yeni mövsümdən qayıdır? - RƏSMİ 2026-06-24 , 15:33
Sabah yağış yağacaq - axşam güclənəcək 2026-06-24 , 15:32
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı 2026-06-24 , 15:29
Mask trilyonçu statusunu itirdi 2026-06-24 , 15:28
“82 yaşım var, bu mənim son arzumdur” – Şeyx Əbdül 2026-06-24 , 15:26
Pediatrdan valideynlərə sərt xəbərdarlıq: “Uşaqlara qarpız verməyin” 2026-06-24 , 15:25
"Ürəyi 3 saat 40 dəqiqə döyündü" - Fərhad Mehdiyevdən tibbi xidmətə daha bir irad 2026-06-24 , 15:21
Sabah Aşuradır 2026-06-24 , 15:19
Elon Mask məhərrəmliyə qarşı: Paylaşımı rezonans doğurdu 2026-06-24 , 15:18
Lerikdən Bakıya niyə gəldilər? – 4 gəncin faciəsinin arxasındakı reallıq 2026-06-24 , 15:17
“Pulsuz təhsil dünyanın heç yerində yoxdur” - Nazir 2026-06-24 , 15:16
Şəxsi həyatı ilə bağlı suala əsəbiləşdi - Foto 2026-06-24 , 15:11
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır 2026-06-24 , 15:01
“Blue Residence” sakinlərindən NARAZILIQ: Evin çıxarışı üçün pul tələb edirlər – Foto 2026-06-24 , 14:59
Yağış və dolu yağacaq - sel təhlükəsi var 2026-06-23 , 17:03
“Deyirlər, 18 yaşı tamam olmuş qəşəng qızlarınız var...” - VİDEO 2026-06-23 , 17:00
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO 2026-06-23 , 15:41
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO 2026-06-23 , 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO 2026-06-23 , 15:31
Arif Hacılının ölkədən çıxışına qadağa - SƏBƏBİ BİLİNMİR 2026-06-23 , 15:29
"Onun-bunun üçün ölməyin" - Nadir Qafarzadə 2026-06-23 , 15:28
Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar - FOTO 2026-06-23 , 15:02
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurum yarım milyonluq fəhlə paltarı və digər zəruri mallar alır 2026-06-23 , 15:00
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli olacaq? - DİM belə istəyir - FOTO 2026-06-23 , 14:59
Nadir: Onun bir az xəsisliyi də var... Allah köməyi olsun 2026-06-23 , 14:58
Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq - FOTO 2026-06-23 , 14:57
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – Ekspert 2026-06-23 , 14:55
Qalmaqal böyüyür: Aysun yaxın çevrəsini hədəfə aldı - VİDEO 2026-06-23 , 14:54
Sergey Lavrov jurnalistlərlə görüşdə SÖYÜŞ SÖYDÜ - VİDEO 2026-06-23 , 14:50
Nəsrin atası və həyat yoldaşı ilə - FOTO 2026-06-23 , 14:42
"Məşhur sima üçün restoranda tək əyləşmək çətindir" - VİDEO 2026-06-23 , 14:40
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - Video 2026-06-23 , 14:36
Prezidentlər Şuşanı gəzdilər - Video 2026-06-23 , 14:32
Daşaltı kəndinin fonunda - Fotolar 2026-06-23 , 14:31
Nazilə Səfərli izləyicindən polisə şikayət etdi 2026-06-23 , 14:22
Prezidentin Şuşada uşaqlarla səmimi görüşü - VİDEO 2026-06-23 , 14:20
Valideyn uşağını kukla kimi görməməlidir - DİM sədri 2026-06-23 , 14:17
Bakı zooparkı ləğv olunur 2026-06-23 , 14:16
Murad Arif: “Xəzər Bodrumdan təhlükəlidir” 2026-06-23 , 14:15
Ermənistanın yeni prezidentinin adı açıqlandı 2026-06-23 , 14:13
"Olivia"da yoxlamalara əngəl olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi 2026-06-23 , 14:12
Rəşad Dağlının istintaqa verdiyi ŞOK ifadə: “İsgəndər mənə dedi ki…” 2026-06-23 , 14:09
Azərbaycanda direktor müəllimlərin kartlarını mənimsədi: 71 min manatlıq yeyinti 2026-06-23 , 14:07
Sumqayıtda 18 yaşlı qız evdə oğlan tanışını bıçaqladı: Son vəziyyəti açıqlandı 2026-06-23 , 14:06