Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentlər Şuşanı gəzdilər - Video

Prezidentlər Şuşanı gəzdilər - Video

Prezidentlər Şuşanı gəzdilər - Video
2026-06-23 , 14:32

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentləri İlham Əliyevlə Sərdar Berdiməhəmmədovun Şuşa şəhərində birgə gəzintisindən görüntülər paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, H.Hacıyevin “X” hesabında edilən paylaşımda həmçinin deyilir:
“İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir”.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.