Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Arif Hacılının ölkədən çıxışına qadağa - SƏBƏBİ BİLİNMİR

Arif Hacılının ölkədən çıxışına qadağa - SƏBƏBİ BİLİNMİR

Arif Hacılının ölkədən çıxışına qadağa - SƏBƏBİ BİLİNMİR
2026-06-23 , 15:29

Müsavat Partiyasının keçmiş başqanı, hazırda isə Məclis sədri olan Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.

 
O, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
 
Paylaşımda bildirib:
 
"Bu gün Vyanaya səfərim var idi. Bu şəhərdə Azərbaycanın iqtidar, müxalifət nümayəndələrinin, Milli Məclis üzvlərinin iştirakı ilə əvvəllər də keçirilmiş, Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirə dəvət almışdım.
 
Yenə həmin şəhərdə iyul ayının 3-4 də keçiriləcək Müsavat Partiyasının üzv olduğu ALDE nin növbəti Konqresində iştirak edəcəkdim. Hava alanının sərhəd xidməti mənə heç bir əlavə məlumat vermədən ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi. Qadağanın hansı qurum tərəfindən, hansı səbəbə görə qoyulduğunu araşdırmaq cəhdlərim nəticəsiz qaldı".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.