“Kontakt Home”un sahibi ilə iş adamı arasında qalmaqal – (FOTO/YENİLƏNİB)
Bir neçə gün əvvəl Bakıda tuninq xidməti göstərən məşhur “Azart” şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulması haqqında xəbər vermişdik.
Xəbər yayımlandıqdan bir müddət sonra Arif Zeynalov “Qaynarinfo” ilə əlaqə saxlayaraq, bəzi yeni məlumatlar verdi. Onun sözlərinə görə, maşınlara həbs qoyulması hansısa banka kredit borcunun olması deyil. Səbəb onunla “Kontakt Home”un təsisçisi olan “ABC-Telekom” şirkətinin sahibi Fariz İstafilov arasında olan qalmaqaldır.
Qalmaqalın əsası isə hələ 2023-cü ildən qoyulub. Belə ki, o vaxt, Fariz İsrafilov “Azart” şirkətinə “Mercedes -Sprinter” markalı mikro avtobusun yığılıb tuning edilməsi üçün müraciət edir. Tərəflər müzakirələrdən sonra büdcəni (təxminən 60 000 ABŞ dolları) təsdiqləyirlər. Amma məbləğ böyük olduğu üçün, Arif Zeynalov materialların xaricdən gətirilməsi üçün avans istəyib.

“Fariz İsraifilov dedi ki, mən sənə bu avansı ancaq borc müqaviləsi ilə verə bilərəm. Mən dedim ki, niyə borc müqaviləsi, mən avans istəyirəm. O dedi ki, bu formal bir şeydir, bütün şirkətlərlə belə işləyirlər, sən əgər hər şeyi altı ay müddətində təhvil verəcəksənsə, problem olmayacaq. Düşündüm ki, bu boyda şirkət rəhbəri bizi aldatmaz və heç bir oyun qurmaz. Sonra öz maliyyə direktoru Bayramlı Müşfiq Elçin oğlunu yanına çağıraraq, ona tapşırdı ki, notariusa yollanın, Ariflə 6 aylıq borc müqaviləsi bağlayın, o pulu da verin, ehtiyyat hissələri alınsın. Biz də getdik, pulu götürüb, sifarişləri verdik, ehtiyat hissələri 2 ay ərzində gəldi Azərbaycana. İş başladı. 6 ayın tamamında mən ölkədə deyildim, birdən mənə mesaj gəldi ki, Müşfiq Bayramlı məni borca görə məhkəməyə verib. Düşündüm ki, nə borc? Birdən yadıma həmin müqavilə düşdü. Zəng etdim, Fariz İsrafilov götürmədi, yığdım Müşfiq Bayramlıya, o da götürmədi…”- deyə A.Zeynalov baş verənlərin hardan, necə başladığını izah edir.

“Azart” sahibinin dediklərindən bəlli olur ki, qarşı tərəf ona 76 500 manat ödəyib. Müqaviləyə görə, avtomobil 6 ay ərzində təhvil verilməliymiş. Amma materialların xaricdən tapılıb gətirilməsi isə təxminən 2 ay vaxt apardığı üçün, nəticədə avtomobilin təhvil verilməsi prosesi də bir neçə ay yubanmalı olur. Amma 6 ay vədini və ortadakı borc müqaviləsinin müddətini əsas götürən qarşı tərəf Arif Zeynalovu məhkəməyə verir və verilən bütün avansı geri tələb edirlər. Məhkəmə 3825 manat cərimə borcu və 342,45 manat dövlət rüsumu borcunu da ümumi məbləğə əlavə edərək, A.Zeynalovun qarşı tərəfə 80 000 manat ödəməli olması haqqında qərar çıxarır. A.Zeynalov bu məbləği ödəyə bilmədiyi üçün Səbail rayon İcra Şöbəsi iş adamının bahalı avtomobillərinə – “Li L8 Pro Plug-in”, “Chrysler” və BMW markalı nəqliyyat vasitələrinə həbs qoyur.

Maraqlıdır ki, A.Zeynalov “Mercedes” markalı avtomobilin yığılmasına 100 min manatdan çox xərc çəkildiyini, avtomobilin müəyyən gecikmə ilə olsa da təhvil verildiyini bildirir. O hesab edir ki, əvvəla, ortada heç bir borcdan söhbət gedə bilməz: “Bizə “Mercedes” markalı avtomobilin tuninq edilməsi üçün avans ödənilib, texniki səbəblərdən müəyyən gecikmə olsa da, avtomobil yüksək səviyyədə yığılaraq, təhvil verilib. Qarşı tərəf yerdə qalan ödənişi etməmək üçün belə bir addım atır. Təəssüf ki, məhkəmə gətirdiyimiz dəlilləri diqqətə almadan, şahidləri dinləmədən belə bir qərar qəbul etdi”.
Qərardan narazı qalan Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri borc müqaviləsindəki məbləğdən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib.

Məhkəmə “Li L8 Pro” markalı nəqliyyat vasitəsi üzərində həbs qərarını qüvvədə saxlasa da, digər iki avtomobili həbsdən azad edib.
Mövzu ilə bağlı mövqe bildirmək üçün “ABC Telecom”la əlaqə saxlasaq da, açıqlama vermək istəmədilər. Onlar məhkəmə qərarına heç nə əlavə etmək istəmədiklərini bildirdilər.
12 noyabr, saat 14:14
Bakıda tuninq xidməti göstərən məşhur “Azart” şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulub.Qaynarinfo-nun məlumatına görə, iş adamının həbs qoyulan avtomobilləri “Li L8 Pro Plug-in”, “Chrysler” və BMW markalı nəqliyyat vasitələridir.
Arif Zeynalovun banklardan birinə 2023-cü il tarixli kredit müqaviləsi üzrə 76500 manat əsas, 3825 manat cərimə borcu və ödənilmiş 342,45 manat dövlət rüsumu borcu var. Həmin ildən kredit borcunu ödəməyən iş adamının avtomobillərinə Səbail rayon İcra Şöbəsi tərəfindən həbs qoyulub.

Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri kredit müqaviləsi üzrə ondan tutulmalı olan pul məbləğindən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib. Bildirib ki, 80.000 manata yaxın borcu var, borcun hissə-hissə ödəməklə bağlı icra məmuru ilə danışacaq. Həmçinin qeyd edib ki, “Li L8 Pro Plug-in” markalı avtomobil kreditdədir, qiyməti 100.000 manatdan çoxdur, ödənilməyən isə 50.000 manat bank borcu var. BMW-ni atası, “Chrysler” markalı maşını isə özü idarə edir. Ona görə də yalnız “Chrysler” markalı markalı avtomobilin üzərinə həbs qoyulmasını istəyib. Yerdə qalan borcunu da hissə-hissə ödəmək niyyətində olduğunu bildirib.

Məhkəmə “Li L8 Pro Plug-in” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulan həbsi saxlayıb. İş adamının təqdimatının qalan hissəsi təmin edilməyib.
Qeyd edək ki, “AZART Group”un təsisçisi və baş direktoru Arif Zeynalovdur.
Məsələ ilə bağlı iş adamının özü ilə də əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
"Kontakt Home"dan şikayətlər artıb - bu dəfə...
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb
Prezidentlər Birgə Bəyanat imzaladılar
“Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
“Hami və heç kim üçün…” – Bakıda 55 minlik özəl məktəblərdə təhsil alanlar kimlərdir? (Araşdırma)
“Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış
Azərbaycan məşhurlarının dəbdəbəli həyatı - 500 minlik ev, 220 minlik libas...
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14