İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Ölkənin ən sərfəli mobil xidmətlərini təqdim edən “Nar” inklüziv cəmiyyətin inkişafına dəstək məqsədilə “Bütün Vücudlar Danışır” sosial-mədəni layihəsinin iştirakçıları ilə görüş keçirib. Mobil operatorun əməkdaşları layihənin iştirakçıları ilə görüş keçirib və onların rəqslərinə qoşularaq unikal inklüziv təcrübəni birlikdə paylaşıblar.
“Nar” sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi inklüzivliyi və bu yöndə cəmiyyətdə bərabər imkanların yaradılmasını dəstəkləyir. Mobil operator “Bütün Vücudlar Danışır” layihəsinə verdiyi töhfə ilə fiziki məhdudiyyətlərə dair stereotiplərin aradan qaldırılmasına və inklüziv cəmiyyətin qurulmasına dəstək olmağa davam edir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.







OXŞAR XƏBƏRLƏR