İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

“Nar” sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi inklüzivliyi və bu yöndə cəmiyyətdə bərabər imkanların yaradılmasını dəstəkləyir. Mobil operator “Bütün Vücudlar Danışır” layihəsinə verdiyi töhfə ilə fiziki məhdudiyyətlərə dair stereotiplərin aradan qaldırılmasına və inklüziv cəmiyyətin qurulmasına dəstək olmağa davam edir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.






