“Hami və heç kim üçün…” – Bakıda 55 minlik özəl məktəblərdə təhsil alanlar kimlərdir? (Araşdırma)
“50 aylıq maaş bir şagirdin illik təhsil haqqına bərabərdir”
Son illər Azərbaycanda təhsil sahəsində fərdi yanaşmaya, yəni özəl məktəblərə maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə paytaxt Bakı və böyük şəhərlərdə valideynlər övladlarının yüksək maliyyə resursları hesabına daha keyfiyyətli, texnologiya yönümlü və dünyəvi təhsil almaları üçün dövlət məktəblərindən fərqli olaraq özəl təhsil müəssisələrinə üz tuturlar. Sözsüz ki, bu məktəblər yüksək standartlara, müasir infrastruktura və beynəlxalq kurikulumlara əsaslanan təhsil təklif edirlər. Amma bu məktəblərin əsas auditoriyası – yəni bu xidmətlərdən kimlərin faydalandığı – cəmiyyət üçün düşündürücü məqam olaraq qalır.
İllik təhsil haqqı 55 min manata yaxın olan özəl məktəblər
Hazırda Azərbaycanda tədris dili, məktəbin yerli və ya xarici olması, təhsil səviyyəsi (ibtidai, orta, tam), tədris olunan proqram (Cambridge, IB, yerli proqram), xarici müəllim heyətinin iştirak səviyyəsi kimi meyarlar əsasında formalaşan özəl məktəb qiymətləri 2500 manatdan başlayaraq 54 900 manata qədər dəyişir.
Son günlərdə açıqlanan məlumatlara görə, hazırda ölkədəki ən bahalı özəl məktəb – Azərbaycan Beynəlxalq Məktəbidir. Burada V–IX siniflər üzrə illik təhsil haqqı 54 900 manat təşkil edir. Məktəbdə dərslər beynəlxalq proqram əsasında təşkil edilir və müəllim heyəti əsasən əcnəbilərdən ibarətdir. Digər bahalı məktəblər arasında Bakı Modern Təhsil Kompleksi (25 000 manatadək) və Oxbridge Academy Baku (24 820 manatadək) da var. Burada da tədris beynəlxalq proqramlar əsasında aparılır.
Bakı Oxford Məktəbi və Azərbaycan Britaniya Kollecində isə illik təhsil haqqı müvafiq olaraq 20 500 və 20 000 manat aralığındadır.
Daha münasib təhsil haqqı təklif edən özəl məktəblərə isə aşağıdakılar daxildir:
-Simurq Liseyi – 2 625 – 5 250 manat (ibtidai)
-Bakı Atatürk Liseyi – 2 500 – 4 500 manat
-Hədəf Liseyi – 5 000 – 9 000 manat
Özəl məktəblərin təhsil haqları:
| Məktəb | İbtidai (I–IV) | Orta (V–IX) | Tam (X–XI/XII) |
|---|---|---|---|
| Bakı Atatürk Liseyi | 2500 – 4500 | – | – |
| Simurq Liseyi | 2625 – 5250 | 2890 – 3940 | – |
| Western School | – | 6000 | – |
| Müasir İnnovasiyalar Liseyi | 6000 – 7000 | 6000 | 8000 |
| Landau School | 6300 – 8700 | 7300 – 8700 | – |
| Erudit Liseyi | – | 6500 | – |
| Hədəf Liseyi | 6500 – 9000 | 5000 – 9000 | – |
| Yaşam Beynəlxalq Məktəbi | 6560 – 7250 | 7250 – 8670 | 4600 |
| Bakı Beynəlxalq Təhsil Kompleksi | 8000 – 9000 | – | – |
| Kaspi Liseyi | 8350 – 9000 | 8850 – 9050 | 8950 – 9450 |
| Ada School | 15 000 | – | 8400 – 11550 |
| Bakı İstanbul Liseyi | – | 9000 – 10 000 | – |
| Evrika Liseyi | 9000 – 10 500 | 9600 – 14 500 | – |
| Beynəlxalq Maarif Məktəbləri | 9201 – 10 862 | 10 357 – 12 307 | – |
| İdrak Liseyi | 10 000 – 15 000 | 10 500 – 16 500 | – |
| Dünya Məktəbi | – | – | 15 000 – 17 500 |
| Avropa Azərbaycan Məktəbi | 11 250 | 13 250 | 16 150 |
| XXI Əsr Beynəlxalq Təhsil Mərkəzi | – | 12 000 – 14 500 | – |
| Britaniya Məktəbi | 12 000 | – | – |
| Bakı Modern Təhsil Kompleksi | – | – | 12 000 – 25 000 |
| Sabis Sun School | – | – | 14 400 – 15 900 |
| Sabah School | – | – | 15 000 |
| Oxbridge Academy Baku | 15 640 | 15 640 – 18 020 | 20 740 – 24 820 |
| Bakı Oxford Məktəbi | 17 000 – 17 500 | 17 500 – 18 000 | 18 000 – 20 500 |
| Müasir Təhsil Kompleksi | 18 300 | 14 800 – 18 000 | – |
| Azərbaycan Britaniya Kolleci | 20 000 | 12 000 – 14 500 | – |
| Azərbaycan Beynəlxalq Məktəbi | – | 54 900 | – |
Bu rəqəmlər aydın göstərir ki, bu məktəblər əhalinin orta təbəqəsi üçün demək olar ki, əlçatmazdır və təhsildə sosial təbəqələşməni dərinləşdirir.
Beynəlxalq təcrübə ilə müqayisə
Finlandiya, Norveç, Almaniya kimi ölkələrdə özəl məktəblərin sayı azdır və onlar dövlət tərəfindən maliyyələşdirilir. Təhsildə bərabərlik əsas prinsipdir və özəl məktəblər ictimai təhsilə alternativ deyil, onu tamamlayan vasitə sayılır.
ABŞ və Böyük Britaniya kimi ölkələrdə özəl məktəblər geniş yayılıb, lakin burada da sosial təbəqələşmə müzakirə mövzusudur. Təqaüdlər, vergi güzəştləri və kvotalar vasitəsilə bu fərq balanslaşdırılmağa çalışılır.
Türkiyədə son illərdə özəl məktəblərin sayı artsa da, dövlət tərəfindən müəyyən tənzimləyici mexanizmlər tətbiq olunur. 2023-cü ildən etibarən özəl məktəblər qiymət siyasətini yumşaltmağa məcbur qalıblar, çünki iqtisadi böhran şəraitində yüksək təhsil haqları ilə tələb azalmışdı.
Azərbaycanda isə nə dövlət dotasiyası, nə təqaüd proqramları, nə də sosial balans mexanizmi mövcuddur. Özəl məktəblər tamamilə kommersiya prinsipləri ilə fəaliyyət göstərir və yalnız müəyyən gəlir səviyyəsinə malik ailələrin övladları bu təhsilə çıxış əldə edə bilir.
Ekspert rəyi – Kamran Əsədov: “Bu, artıq strateji məsələdir”
Təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkədə özəl məktəblərin təhsil haqları son illərdə kəskin şəkildə artıb: “2500 manatdan başlayan qiymətlər bəzi hallarda 54 900 manata qədər yüksəlir. Bu qədər yüksək təhsil haqqı qarşılığında hansı nəticələr əldə olunur? Verilən təhsil bu qiymətə uyğun gəlirmi? Bu, təkcə valideynin fərdi qərarı deyil, dövlətin təhsil siyasətində cavab axtarmalı olduğu strateji sualdır.”

Ekspert qeyd edir ki, Azərbaycanda özəl məktəblər “Təhsil haqqında” Qanunun 13.1.3 və 14.1-ci maddələrinə əsasən, ödənişli fəaliyyət göstərir. Lakin qanunvericilik təhsil haqqının yuxarı həddinə və onun iqtisadi əsaslandırılmasına dair heç bir mexanizm təqdim etmir: “Nəticədə bəzi məktəblər təhsil haqqını real keyfiyyət göstəricilərinə görə deyil, sadəcə bazar imici, lokasiya və binanın lükslüyünə görə müəyyən edir. Bu isə təhsilin mahiyyətini kommersiya predmetinə çevirir.”
Ekspert əlavə edir ki, 2024-cü ildə ölkədəki 170-dən çox özəl məktəbdə təhsil alanların sayı 65 min nəfəri ötüb. Bu, ümumi şagirdlərin təxminən 2,5 faizini təşkil edir: “Bu, dünya miqyasında yüksək göstərici sayılmasa da, artım tempi sürətlidir. Orta aylıq əməkhaqqının 950 manat olduğu bir ölkədə 54 900 manatlıq illik təhsil haqqı – yəni 50 aylıq maaş – sadəcə qeyri-proporsional deyil, həm də sosial ədalətə ziddir.”
Keyfiyyətli nəticələr varmı?
Kamran Əsədov bildirir ki, yüksək qiymət hər zaman yüksək nəticə anlamına gəlmir. Dövlət İmtahan Mərkəzinin 2023-cü il statistikası göstərir ki, 700 bal toplayan abituriyentlərin əksəriyyəti dövlət məktəblərinin məzunlarıdır.
“Bir çox özəl məktəbdə beynəlxalq proqramlarla təhsil verilir və bu, Azərbaycan universitetlərinə deyil, xarici təhsil planlarına uyğunlaşdırılıb. Bu isə bəzən valideynin gözləntisi ilə üst-üstə düşmür. Eyni zamanda, bir çox özəl məktəbdə, xüsusilə beynəlxalq proqramlarla çalışan müəssisələrdə universitetə qəbul göstəriciləri o qədər də yüksək deyil. Bunun səbəbi həmin məktəblərin Azərbaycan universitetlərinə deyil, xaricə yönəlik təhsil planları təqdim etməsi, DİM-in proqramından fərqli mühitdə şagird yetişdirməsidir. Bu isə bəzən valideynin gözləntisi ilə uyğun gəlmir” – ” -deyə, o, bildirib.
Özəl məktəblərin üstünlükləri və çatışmazlıqları
Ekspert əlavə edir ki, bütün hallarda özəl məktəbləri yalnız qəbul statistikası ilə dəyərləndirmək də məhduddur:“Bu müəssisələr aşağıdakı meyarlar baxımından dövlət məktəblərindən fərqlənirlər.
Birincisi, siniflərin sayı azdır və müəllim-şagird nisbəti təhsilin fərdiləşməsinə imkan verir.
İkincisi, psixoloji dəstək, karyera məsləhətləri, ikinci və üçüncü dilin öyrədilməsi, proqramlaşdırma və robototexnika kimi müasir komponentlər tədrisin bir hissəsidir.
Üçüncüsü, bu məktəblərdə uşağın akademik göstəricilərindən daha çox şəxsiyyət kimi inkişafına diqqət ayrılır. Bu da onu göstərir ki, özəl məktəblər formativ, layihə əsaslı, yaradıcılığa söykənən təlim modeli ilə çıxış edir. Bu aspektlər, dövlət məktəblərində bəzən arxa planda qalır”.

Ekspert bildirir ki, bu sahədə mənfi cəhətlər də kifayət qədərdir: “İlk növbədə, təhsil haqqının iqtisadi əsaslandırılmaması və qiymət artımının heç bir rəsmi tənzimləməyə məruz qalmaması ciddi problemdir. Hər il təhsil haqlarının 20–40% artması, lakin bunun müqabilində nə DİM nəticələrinin, nə də müstəqil akkreditasiyanın ictimaiyyətə açıq olmaması, özəl məktəblərin şəffaflığını sual altına alır.
Valideynlərin ödəniş etdiyi məktəbin qəbul faizi, məzunlarının uğuru, müəllim heyətinin kvalifikasiyası, müəllimə düşən şagird sayı və beynəlxalq akkreditasiya məlumatları cəmiyyətə təqdim olunmalıdır. Dünya təcrübəsində özəl təhsil keyfiyyət baxımından ictimai nəzarətə açıq sahədir. Məsələn, Böyük Britaniyada özəl məktəblərin fəaliyyətinə Ofsted adlı müstəqil qurum nəzarət edir və illik hesabatlar ictimaiyyətə təqdim olunur.
Finlandiyada isə özəl məktəblər dövlət məktəblərindən fərqlənmir və onlara əlavə təhsil haqqı qoymağa hüquqi məhdudiyyətlər var. Bu, təhsildə bərabərliyi qorumaq məqsədi daşıyır. Türkiyədə isə özəl məktəblərin hər birinin təhsil proqramı, müəllim sayı, sinif ölçüsü və nəticələri MEB-in (Milli Eğitim Bakanlığı) veb-saytında ictimaiyyətə açıqdır”.
Həll yolu nədir?
K. Əsədov xatırladır ki, Azərbaycanda isə bu sahədə tənzimləyici çərçivənin olmaması, qiymət artımlarının heç bir rəsmi əsaslandırma olmadan baş verməsi, ictimai hesabatlılıq mexanizmlərinin olmaması özəl təhsilin kommersiya obyekti kimi istifadəsinə şərait yaradır: “Bu səbəbdən Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəblər üçün şəffaflıq və hesabatlılıq standartları hazırlanmalı, onların illik nəticələri, ödəniş mexanizmləri, müəllim heyəti və proqramları ictimaiyyətə təqdim edilməlidir. Eyni zamanda, bu məktəblərə yönəlik maliyyə və nəticə auditi müstəqil qurumlar tərəfindən aparılmalıdır. Əgər bu tədbirlər həyata keçirilərsə, valideynlər daha şüurlu seçim edər, təhsil haqlarının yüksəlməsi bazar imici ilə yox, real nəticələrlə ölçülər, cəmiyyətin bütün təbəqələrinin təhsilə bərabər çıxışı təmin olunmuş olar. Əks halda, təhsil öz mahiyyətindən uzaqlaşaraq sosial status və iqtisadi göstəricilərlə ölçülən bir lüks xidmətə çevrilər. Təhsil isə lüks deyil, insan hüququ və cəmiyyətin inkişafının əsas sütunudur”.
“AzPolitika.info”

Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Azərbaycanda kazino biznesinə icazə verilərsə BÜDCƏ NƏ QƏDƏR QAZANAR?
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12